Awesome Image
02 Aug 2025

Uşaqlarda miopiyanın qarşısını necə almaq olar?

Uşaqlarda görmə azlığının qarşısını necə ala bilərik? 

Bu gün ətrafınıza baxdıqda eynək taxan uşaqların sayının həddindən çox artdığını görürsünüz. Biz də həkimlər olaraq azyaşlı uşaqlarda daha yüksək dərəcəli görmə azlığı ilə daha çox qarşılaşırıq. 

Dünyada belə bir statistika var ki, 2050-ci ildə əhalinin yarısı miop olacaq. 

“Miop” dediyimiz uzağı zəif görən, mənfi nömrəli eynək taxan xəstələrimizdir. Və burada əsas məsələ bu miop xəstələrdə torlu qişada yırtıqlar, qopmalar daha çox görülür və bu fəsadların da artacağını düşünürük. Bu səbəbdən də bu günləri biz miopiyanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik. 

Ən çox məsuliyyət valideynlərin üzərinə düşür 

Nə edə bilərlər? 

Öncəlikli olaraq araşdırmalar yaxın məsafəyə çox baxmağın miopiyanı artırdığını göstərir və valideynlər uşaqlarına 3 yaşına qədər telefon verməməlidirlər. 

3 yaşdan sonra da ekran müddətləri gün ərzində 1 saatı keçməməlidir. 

Məktəbə gedən uşaqlarda isə, dərslərini mütləq tənəffüslərlə etməlidirlər. Oxuduqları-yazdıqları otaqlarda aydınlatma yetərli qədər olmalıdır və masalarında da əlavə aydınlatma mütləq olmalıdır. 

Bunun xaricində mümkün qədər uşaqların həyətdə gündüz saatlarında vaxt keçirmələri üçün şərait yaratmalıdırlar. Araşdırmalar göstərir ki, 90 dəqiqədən çox həyətdə, açıq məkanlarda vaxt keçirən uşaqlarda miopiya riski ciddi şəkildə azalır. Bu səbəbdən də evdə, bütün günü 4 divar arasında vaxt keçirən uşaqlarda biz miopiyanı daha çox görürük. 

Bunun xaricində düzgün qidalanmaq, yuxu rejiminə riayət etmək və əlbəttə ki, mütəmadi göz müayinələrindən keçməlidirlər. 

Artıq miopiya varsa nə etməli?

Əgər uşaqda artıq miopiya varsa və miopiya sürətli şəkildə artırsa, biz artıq xüsusi müalicələrə keçirik. 

Xüsusi müalicələr nədir? 

Damcılarla müalicə

Bunlardan biri damcı müalicəsidir. Biz xüsusi bir damcını uzun müddətli uşağın gözünə tökürük. Yəni, bu evdə tətbiq olunur və araşdırmalar göstərir ki, bu, miopiyanın sürətini azaldır, artır sürətini azaldır. 

Xüsusi eynəklər

Bunun xaricində xüsusi dizaynlı eynəklər var. Artıq onların bir qismi dünyada təsdiqini tapıb və bu xüsusi dizaynlı eynəklərdən istifadə edirlər. 

Gecə taxılan kontakt linzalar

Və başqa bir üsul: gecə taxılan kontakt linzalar var. Xüsusi linzalardır ki, bunlar gecə taxılır və səhər durduqda uşaqlar aydın görür və bu da gələcəkdə miopiyanın artış sürətini azaltdığı düşünülür. 

Ümumi olaraq, yəni, valideynlərin edəcəyi ən əsası bu ekran müddətlərinin tənzimləməsidir. Mümkün qədər həyətdə, açıq məkanlarda vaxt keçirmələridir və mütəmadi olaraq göz müayinələrindən keçmələridir.

Dr.Ülkər Feyzullayeva | Oftalmoloq