Göz xəstəlikləri genetik faktorlar, ətraf mühit təsirləri, infeksiya və s. səbəblərdən meydana çıxa bilir. Miopiya, astiqmatizm, hipermetropiya kimi göz xəstəlikləri nisbətən asan müalicə olunur, digər göz xəstəlikləri daima həkim nəzarəti tələb edir.
Hansı göz xəstəlikləri geniş yayılıb? Bu göz xəstəliklərinə;
- katarakta,
- yaşla bağlı retina degenerasiyası,
- diabetik retinopatiya,
- qlaukoma,
- sarı nöqtə xəstəliyi aid olunur.
Bəzi göz xəstəlikləri isə anadangəlmə mövcud olan göz xəstəlikləridir. Çəpgözlük, görmə tənbəlliyi, rəng korluğu anadangelme goz xestelikleridir. Bezi hallarda uşaqlarda da anadangelme katarakta xesteliyine rast gəlinir.
Göz xəstəliklərinin ən çox görülən əlamətləri:
- Gözdə quruluq, sulanma
- Qaşınma, yanma, şişkinlik
- Ağrı
- Gözdə qanlanma
- İşığa qarşı həssaslıq
Bu əlamətləri hiss etdiyiniz anda oftalmoloq müayinəsinin vaxtını tezləşdirməlisiniz. Çünki göz xəstəliklərinin erkən aşkarlanmaması nəticəsində görmə qabiliyyəti həddindən çox məhdudlaşa, hətta itirilə bilər.
Göz həkiminə nə zaman müraciət etmək lazımdır?
Pasiyentləri maraqlandıran suallardan biri də oftalmoloqa neçə müddətdən bir müraciət etməli olduqları sualıdır. Bu, fərddən asılı olaraq dəyişir. Belə ki;
- Körpə uşaqların ilk göz müayinəsi körpənin 6 ayı tamamlandıqda keçirilməlidir.
- Heç bir goz xesteliyi olmayan insanların 50 yaşına qədər ildə 1 dəfə, 50 yaşdan sonra oftalmoloq hekimin tövsiyə etdiyi müddətlərdə goz muayinesine müraciəti vacibdir.
- Hər hansı göz xəstəliyindən əziyyət çəkən pasiyentlərdə isə müayinələr tez-tez həyata keçirilir. Xəstəliyin seyrinin tələb etdiyi nüaslarda – həkimin planladığı zamanlarda müayinə həyata keçirilməlidir.
Oftalmoloq tərəfindən davamlı həyata keçirilən goz muayineleri göz xəstəliklərinin başlanğıc mərhələdə - erkən dönəmdə diaqnozunu asanlaşdırır, bu isə həmin xəstəliklərin mənfi təsirlərinin daha tez zamanda minimuma endirilməsini təmin edir. Əgər müayinə üçün geciksəniz, bu, təəssüf ki, korluğa belə gətirib çıxara bilər.