Awesome Image
17 Jan 2024

Boyun ağrıları niyə olur?

Boyun ağrısı, boyun ağrılarının səbəbləri

Boyun ağrısı daha çox nevroloji xəstəliklər səbəbindən meydana gələn bir narahatlıqdır. Aktiv fiziki hərəkət zamanı boyun yaralanma və travmalara daha çox açıq olan bir bədən bölgəsidir. Boyun beyin, qollar və bədənin digər hissələri arasında əlaqə yaradır.

Boyun ağrısı özünü necə göstərir?

Boyun ağrıları, əsasən, qarışqa gəzməsi hissi, uyuşma, bəzi xəstələrin dili ilə desək “duzlaşma”, elektriklənmə tərzində ağrılarla özünü göstərir. Bəzən də həmin əlamətlərlə bərabər başdönməsi hiss oluna bilər.

Boyun ağrısının səbəbləri. Boyun və ya ənsə ağrıları sümük, disk, əzələ və bağlarda meydana gələn pozuntulardan qaynaqlanır. Bu xəstəliklərə boyun yırtığı, servikal dar kanal, yaralanmalar, müxtəlif zamanlarda alınmış travmalardan qaynaqlanan xəstəliklər və s. aiddir. Pasiyentdə boyun agrisi bir çox hallarda baş, sinə, çiyinlər olan hissələrə yayılmaqla hiss olunur.
Boyundakı disklərin yırtınma və aşınmaları nəticəsində meydana gelen boyun agrilari daha geniş yayılmış bir narahatlıqdır. Təbii ki, bu prosesə qeyri-sağlam həyat tərzinin müəyyən təsirləri var.

Yaralanmalar nəticəsində ağrılar. İdmanda baş verən qəzalar, avtomobil-nəqliyyat qəzaları, yıxılma və s. hadisələr zamanı boyunda yaralanmalar sümüklər, eləcə də yumşaq toxumaları zədələyə bilər. Bu zədələnmələr əvvəlki dövrdə ciddi narahatlıqlar ortaya çıxarmasa da, bir müddət sonra vəziyyətin ağırlaşmasına və ağrılara səbəb olur. Ona görə də travma və ya yaralanmalar zamanı mütləq həkim müayinəsindən (heç bir ağrı hiss etməsəniz də) keçmək və həkim nəzarətində olmaq lazımdır.

Boyun ağrılarını necə aradan qaldırmaq olar?

Bunun üçün ilk növbədə, boyun ağrısına səbəb olan sinir xəstəliklərinin və digər risk amillərinin qarşısını almaq lazımdır. Boyun ağrısı hiss etməmək üçün aşağıda qeyd etdiyimiz məsləhətlərə əməl etməyiniz vacibdir:

  1. Telefon, kompüter, planşet və s. elektron əşyalardan uzanaraq istifadə etməyin. Həmçinin uzanaraq kitab, jurnal oxumayın.
  2. Çox hündür və ya çox alçaq yastıqlardan istifadə etməyin. Yatarkən düz yatmağa çalışın, belinizi, başınızı, boynunuzu əyməyin.
  3. İdman edin. Bu, əzələləri gücləndiri - əzələ zəifliyi bağlı ağrıların yaranmasının qarşısını alır.
  4. Belinizi əymədən düz durmağa, oturmağa, gəzməyə diqqət edin.

Unutmayın, sağlamlığınız hər şeydən dəyərlidir. Onu qorumaq üçün kifayət qədər məlumatlı və diqqətli olmaq lazımdır.