Awesome Image
13 Aug 2024

Quru göz sindromu: səbəbləri və müalicəsi

Quru göz sindromu son vaxtlar yayılan bir xəstəlikdir. Ona ayrıca biz “xroniki konyunktivit” də deyə bilərik. 
Bütün yaşlarda: həm uşaqlarda, həm böyüklərdə, həm orta yaşlılarda quru göz sindromunu biz görə bilərik və bu şikayətlərlə xəstələrimiz çox olur. 

Uşaqlarda quru göz sindromu

Uşaqlarda nə ilə əlaqədar ola bilər? Uşaqlarda qurd olsa, uşaqlarda allergik konyunktivit rast gələndə, onunla bərabər biz quruluq simptomlarını görürük və quru göz sindromu diaqnozunu qoya bilərik. Onunla bərabər müalicəsi böyüklərdən çox fərqli olur. Ona görə də biz bu müalicələrin hamısını konkret, individual yanaşma ilə müalicəni eləməliyik. 

Orta yaşlı insanlarda quru göz sindromu

Orta yaşlılarda adətən ofis işçilərində daha tez-tez rast gəlinir. 

Burada ekzogen faktorlar: kombidir, kondisionerdir, monitordur... Bu simptomlarla əlaqədar biz quru göz sindromu, ya da “ofis və ya monitor sindromu” diaqnozu qoyuruq. 

Burada biz ancaq müalicə nəmləndirici dərmanlardan istifadə edirik. 

Günəşə, küləyə çıxanda gün ərzində UV filterli gün eynəyi taxmalıdırlar. 

Gün ərzində daha çox su, maye qəbul eləməlidirlər və vaxtaşırı müayinədən keçməlidirlər. 

Diskomfort bu yaşlarda daha çox olur ki, onların şikayətləri quruluqdan başqa bir müddət görmələrin pozulması olur və daha zəif görürlər. Baxmayaraq ki, 100 faizlik görməsi var… 

Bizdə var: görmə qabiliyyətinin keyfiyyəti və itiliyi. 

Görmə itiliyi onlarda normal olur, amma görmə keyfiyyəti anormal olur. Bu onlarda diskomfort yaradır. Mütləq nəmləndirici dərmanlardan istifadə eləmək lazımdır. 

Yaşlı insanlarda quru göz sindromu

Yaşlı insanlar, hansılar ki, dərman preparatları qəbul eliyirlər: təzyiqə qarşı, şəkərə qarşı, hormonal dərmanları istifadə eləyirlər, bədənə su mübadiləsi pozuntusu gedir və bununla əlaqədər quru göz sindromuna rast gələ bilirik. 

Həm ekzogen faktorları ola bilər: bizim hava şəraitimiz, kondisionerlərimiz, ofis şəraitimiz, həm də bərabər endogen faktorlar ki, hansısa xəstəliklər və dərmanların qəbulu ilə ola bilər. 

Bu sindrom 90% insanlarda bizim ölkəmizdə rast gəlinir. Gözüm yaşarır, yad cisim hissiyatı var, diskomfort olur və bu şikayətlər olandan sonra mütləq oftalmoloqa müraciət etmək lazımdır ki, düzgün bir müalicə yazsın. 

Bəli, sindromun adı “quru göz sindromudur”, amma müalicəsi çox individualdır və anamnez yığaraq: iş şəraiti, yaşam şəraitini bilərək biz bu müalicəsini düzgün formada eləyə bilərik və yaxşı bir nəticə alırıq.

Dr.Elnarə Cəlilova | Oftalmoloq