Awesome Image
17 Aug 2024

Diabetik retinopatiya - Şəkər xəstəliyinə bağlı göz xəstəliyi

Diabetik retinopatiya nədir? Diabetik retinopatiya şəkərə bağlı olaraq göz dibində gedən dəyişikliklərdir.

Belə ki, istənilən şəkər xəstəsində 5 ilə - 10 ilə göz dibində müəyyən dəyişikliklər gedir. Şəkərə bağlı göz dibində dəyişikliklərə əsasən göz dibində olan qansızmalar, maye sızmaları aiddir. Belə ki, şəkərli diabet xəstələrində göz dibi bir aclıq, oksigen aclığı yaranır. Bu oksigen aclığı nəticəsində yeni damarlar yaranır. Bu damarlara neovaskulyar damarlar deyirlər. Ancaq bu damarlar çox patoloji damarlardır.

Belə ki, onların divarı normal damar divarından fərqlənir. Onlar qan sızmağa, maye sızdırmağa meyilli olur və bu qansızma, maye sızma nəticəsində qüsurlu dövran kimi patologiya bir az daha da artır. Və hər zaman qansızmalar baş verdikdə, yaxud da maye sızmalar baş verdikdə bunlar geri sorulsa belə onların fəsadları özləri izlərini buraxır.

Gözdaxili iynələr - Anti-VEGF preparatlar

Diabetik retinopatiya zamanı əsasən biz göz içərisində intravitreal inyeksiyalar icra edirik. Bu inyeksiyaların əsas məqsədi yeni yaranmış damarlara qarşı olan Bu preparatlara Anti-VEGF preparatlar aiddir. Anti-VEGF preparatlar adından göründüyü kimi Anti-Vascular Endothelial Growth Factor adlanır. Yəni yeni yaranmış damarlara qarşı olan bir faktor gözün içərisinə biz vururuq. B

undan əlavə digər inyeksiyalarımız da var. Steroid inyeksiyaları var. Artıq yüksək miqdarda maye toplanarsa, bu zaman bu preparatlardan istifadə edirik.

Pars Plana Vitrektomiya əməliyyatı

Əgər problem daha yüksək olarsa, göz dibində müxtəlif bitişmələr əmələ gələrsə və yaxud da ki, qansızmalar çox sahəni əhatə edərsə, tamamilə göz içərisinə qan sızma yəni hemoftalmiya olarsa və vurduğumuz iynələrin təsiri nəticəsində bunlar geri sorulmazsa, biz müalicə olaraq cərrahi əməliyyat tövsiyə edirik. Bu əməliyyat Pars Plana Vitrektomiya adlanır.

Şəkər xəstələri müntəzəm olaraq endokrinoloq və oftalmoloq müayinəsində olmalıdırlar

Diabetik xəstələrə tövsiyə olaraq endokrinoloqlarla sıx konsultasiyada olmalarını məsləhət görürəm. Şəkərin gün ərzində kəskin yüksəlib kəskin enməsi damar divarına patoloji təsir göstərir.

Diabetik retinopatiya da sırf damar problemi hesab olunur. Yəni hər dəfə şəkər qalxıb düşdükcə damar divarı zədələnir və nəticədə problemimiz daha da artır. Eyni zamanda üç ayda bir göz həkiminin konsultasiyasında olmalıdırlar. Göz dibində dəyişiklikləri erkən aşkarlayaq.

Bəzən olur ki, xəstə gəlir və göz dibində artıq dəyişiklikləri var. Xəstənin heç bir xəbəri yoxdur ki, onda şəkəri var. Biz dedikdən sonra endokrinoloqla məsləhətləşir və nəticədə aydınlaşır ki, həqiqətən də onda şəkər var. Buna görə sıx endokrinoloq və göz həkimində oftalmoloqda konsultasiya mütləq şəkildə lazımdır.

Dr.Humay Əlizadə | Oftalmoloq