Əgər xanımlarda genital bölgədə rəng bərabərsizliyi şikayəti varsa, biz bu zaman gental bəyazlatmadan istifadə edə bilərik.
Bunun üçün biz lazerdən istifadə edə bilərik. Lazerlə gental bəyazlatma edə bilərik və yaxud mezoterapiyadan istifadə edə bilərik.
Xəstənin öz qanından PRP əldə edərək, yəni ki, trombositlə zəngin olan plazmanın xəstənin genital nahiyəsinə yeridərək bəyazlatma əldə edə bilərik və yaxud xüsusi kremlər verə bilərik ki, evdə xəstə ondan istifadə edərək gental bölgənin rəngini bərabərləşdirsin və bəyazlatsın.
İstifadə etdiyimiz mezoterapiyaların içərisində xüsusi maddələr vardır ki, bəyazladıcı təsir göstərir pasiyentə. Daha çox əsmər xanımlarda biz pilinqlərdən istifadə edirik. Pilinq istifadəsindən sonra dəridə soyulma baş verə bilər ki, bu da daha yaxşı effektin alınmasına səbəb olur.
PRP istifadə edəcəyiksə adətən 3 seans davamlı ayda bir dəfə tətbiq olunmalıdır.
Evdə tətbiq edəcəyiniz kremlər isə adətən tətbiq etdiyimiz prosedurdan sonra təyin olunur. Bir ay müddətində istifadə edilir.