Bel ağrıları dedikdə insanlarımız vahid bir nahiyənin, vahid strukturun problemlərindən bəhs etdiyimizi düşünürlər. Amma əslində belə deyil.
Bel dediyimiz bölgədə onurğanın hər bir fəqərəsi, yəni onurğa sütunu, hər bir onurğası və onun oynaqları daxil, aralarında olan disklər daxil, içindən keçən onurğa beyni və kənarlardan ayaqlarımıza gedən sinirlər daxil və onurğanın ətrafında olan əzələ strukturları, bağlar, bağ aparatı və bunlar daxil geniş bir mövzudur. Hansı struktur ağrıdığına görə biz bunu ayırd etməliyik.
Çünki xəstə şikayətlə gəlir: “bel nahiyəsində bir ağrı”. Bəzən ola bilir ki, xəstənin böyrəyində bir problem olur, onu bel ağrısı ilə səhv salıb. Təbii ki, biz bunu differensasiya etmək üçün, yəni çeşidləmək üçün, xəstənin diaqnostikası üçün ilk öncə xəstəni bir müayinə etməlik.
Müayinə masasında əllə onu fiziki testlərlə aydınlaşdırıq ki, xəstəmizdə əzələ problemi var, əzələ ağrısı var, xəstəmizin omurğasında, sümüklərində, oynaqlarındamı problem var, disk yırtığımı var, yox, sinirlərdə hər hansı bir problemmi var, sinir sıxışmasımı var? Və bunları differensasiya etdikdən sonra biz müalicəyə başlamalıyıq.
Pasiyent ilk öncə fiziki müayinə olunmalıdır
Bəzən olur ki, mən eşidirəm pasiyentlərimiz müraciət edir ki, Biz doktora getdik. Doktor bel ağrım vardı deyə məni kompüter tomoqrafiyaya göndərdi, filan analizləri istədi, filan şeyləri istədi'. Yəni bu cür yanaşmalar əslində bizim tərəfdən qəbulolunmazdır. İlk öncə xəstə fiziki bir müayinə olunmalıdır ki, xəstənin probleminin nə olduğunu ən azından manual olaraq əllə biz hiss eləyək. Çünki bel elə bir bölgədədir ki, əlimizə yaxındır. Yəni müəyyən testlərlə, bir çox testlərlə biz orada müəyyənləşdirə bilirik ki, problem sümükdədirmi, oynaqlardadırmı, yox sinir ağrılarıdırmı, sinir sıxışmasımı var, yoxsa əzələ-bağ aparatında bir problemmi var, ona görə xəstənin şikayətləri var və buna uyğun da müalicəmizi təyin edirik.
Təbii ki, ilkin mərhələlərdə diaqnozu düzgün qoyulduğu zaman çox tezliklə nəticə əldə edə bilirik. Amma bəzən görürsən ki, insanlar var ki, uzun illərdir bel problemləri ilə yaşamağa məcbur qalırlar. Artıq son bir mərhələdə bəzən onun müalicəsi bir o qədər də effektiv olmaya bilir. Ona görə erkən bel ağrılarında pasiyentlərin düzgün bir şəkildə düzgün bir həkimə getmələri tövsiyə olunur.
Bəzən bunun çox bəsit bir səbəbləri olur: masa başı və yaxud evdə oturuş tərzləri və yaxud maşın sürərkən sükan arxasında olan oturuş tərzləri düzgün olmur. Ona görə bunlarda bu problemlər başlayır və biz bunları, bu yanlış vərdişlərini, onlara tərgidərək bu ağrılarını dərmansız müalicə edə bilirik.
Beldə problemlər ən çox aşağı hissədə olur
Ən çox yük düşən və ən hərəkətli bölgəsi bel nahiyəsidir. Bel nahiyəsindən yuxarı çıxdıqca hərəkətlilik azalır. Hərəkətlilik azaldığı üçün problem azalır.
Məsələn, kürək nahiyəsində olan problemlər əsasən əyri oturub kitab oxuyan, telefonla əyri oturub məşğul olan insanlarda kürək ağrıları, arxa qrup əzələlərin dartırılmasına və uzun müddət dartılmadan sonra fəqərələrdə baş verən hər hansı bir struktural dəyişikliklərdən gələn ağrı siqnalına bağlı şikayətlər ola bilir.
Amma boyun bölgəsi də bel bölgəsi kimi kürək bölgəsinə nisbətən, yəni döş fəqərələrinə, döş onurğalarına nisbətən boyun nahiyəsi hərəkətlidir.
Amma ən hərəkətli bölgəmiz bizim bel nahiyəmizdir. Bu da insanın təbii ki, əmək fəaliyyəti ilə və aşağıdakı oynaqların, fəqərə oynaqların daha böyük səthə malik olması ilə əlaqəlidir. Az miqdarda da sakroiliak oynaqlarda hərəkət var, əyilib qalxma zamanı o oynaqlarda da hərəkət olur və ona görə də ən çox problem beldə olur və bədən də ən çox yük daşıyan fəqərəsi belin axırıncı fəqərəsidir. L5 dediyimiz lumbar vertebranın beşinci fəqərədir və bu bölgədən sonra ağırlıq yük artıq sakroiliak oynaqla bud-çanaq oynağına ötürülmüş olur. İkiyə bölünmüş olur, sağ və sol ayağa ötürülmüş olur.
Yəni biomexaniki olaraq ən çox yük düşən L5 S1 dediyimiz beşinci fəqərə ilə birinci oma fəqərəsi arasındakı bölgədir və ən çox da problemlər orada olur. Klinik olaraq da, radioloji olaraq da ən çox oradan biz problemləri müşahidə edirik.
Bel ağrılarının əsas səbəbləri
Daha çox rastladığımız bel ağrılarının əsas səbəbi olur ki, xəstələrdə əzələ ağrıları, miozit problemləri olur və bu mərhələdə biz daha çox müalicə ilə bəzən buna əlavə olaraq məsələni tez həll etmək üçün fizioterapiya da müraciət edirik. Fizioterapiya ilə bunu müalicə edirik. Digər bir strukturlarda, məsələn, oynaqlarda və sümükdə əgər ciddi bir patologiya yoxdursa, başlanğıc mərhələdədirsə bu patalogiyalar bəzən olur ki, yaşlı xanımlarda osteoporoz dediyimiz sümük ərməsi zamanı beldə ağrılar başlayır. Baxırsan anatomik strukturlarda çox problem yoxdur, amma xəstənin sümük əriməsi olduğu üçün oynaq və sümük ağrıları başlayır. Bunları müalicə ilə tez bir şəkildə həll edirik.
Bel ağrıları müalicə olunmasa
Onurğada başlanğıc mərhələ yox, irəli mərhələ proseslərdə sürüşmələr başlaya bilir artıq. Çünki uzun müddət əgər əzələ ağrıları və bağ aparatında problem olursa və orada başlayır onurğalar bir-birinin üzərinə sürüşməyə. Biz buna instabil onurğa deyirik. İnstabil onurğada, özəlliklə faset oynaqlarda problem olduğu üçün, uzunmüddətli sürtünmə ilə oynaqlar sıradan çıxdığı üçün xəstənin ciddi sinir ağrıları və bərabərində, həm də əzələ ağrıları olur, kompleks bir şəkildə gəlir. Əgər çox irəli mərhələdədirsə təbii ki, terapevtik yollarla, müalicəvi yollarla biz bunların öhdəsindən gələ bilmədiyimiz zaman məcbur qalıb əməliyyat edirik xəstəni. Amma bu həddə çatdırılmaları üçün, onun üçün erkən mərhələdə düzgün diaqnostika edib, düzgün tövsiyə vermək və xəstənin bu tövsiyələrə əməl etməsi daha doğrusudur.
Həkimə nə vaxt müraciət etməliyik?
Hansı halda pasiyent həkimə müraciət etməlidir? Bütün hallarda pasiyent həkimə müraciət etməlidir. Hər birimiz foto çəkə bilərik, hər kəsin telefonu var, hər kəsin kamerası var. Amma biz deyə bilmərik ki, əhalinin 100 faizi bunu professional şəkildə edir. Hər işin öz peşəkarı var. İnsan hansısa bir şəkili səhv də çəkə bilər, çəkə bilməyə də bilər. Bu, onun həyatında çox önəm kəsb etməyə bilər. Amma insan sağlamlığı insana bir dəfə verilir, insan onurğasına yanaşma hər zaman peşəkar yanaşma olmalıdır. Fərdi və qeyri-peşəkar yanaşmaların böyük əksəriyyəti ciddi problemlərə gətirib çıxarır. Ciddi problemləri həll etmək həm həkim üçün çətindir, həm pasiyent üçün çətindir, həm ekonomik xərcləri daha böyük olur.
İdmana başlayarkən həkimlə məsləhətləşmək
Hətta heç ağrımadan öncə... Məsələn, xaricdə belədir. İnsanlar gedir, həkimin müayinə pulunu ödəyir, gedir həkimdən düzgün məsləhətlər alır. Məsələn üçün, idmana başlayacaq, güləşə başlamaq istəyir. 14 yaşında övladı güləşə başlamaq istəyir. Gəlir, amma biz baxırıq məsələn o uşağın konstitusional tipinə baxırıq, əzələ qruplarının inkişaf səviyyəsinə baxırıq. Çünki bunun artıq əzələ skeletinin inkişafı üçün çox bir inkişaf ili qalmayıb. 3 il ərzində nələrisə əldə etməyə çalışa bilər. Amma baxırıq ki, yox, məsələn bu adam öncədən fərqli bir idman növlərindən, bənzər əzələ qruplarını, bağ aparatını möhkəmlədib, oynaqları sağlamdır. Bu zaman necə məşqə başlamaq lazım olduğunu, hansı idmandan və nəyə görə bu idmana başlaması lazım olduğunu ona başa salırıq. Çünki adam var ki, peşəkar şəkildə idmanla məşğul olur, adamlar var həvəskar şəkildə. Yəni buradan heç bir qazancı yoxdur, sadəcə bədəninin sağlam olmasını istəyir. düzgün məsləhətlər veririk, öncədən düzgün yola girir.
_____