Awesome Image
02 Oct 2024

Eksimer Lazer əməliyyatı üçün minimum yaş neçədir?

Eksimer lazer əməliyyatı 18 yaşdan icra etmək olar. Amma bu o demək deyil ki, pasiyentin 18 yaşı tamam olan günü o əməliyyat edə bilər. Biz mütləq bir neçə ay ərzində kontrol etməliyik və pasiyentin mənfi və yaxud müsbət nömrəsi və yaxud astiqmatı varsa, o nömrələr tam stabilləşir, ondan sonra əməliyyat etmək olur.  Biz bunların hamısını ona görə nəzərə alırıq ki, əməliyyatdan sonra rəqəmlərin geri dönməsi olmasın və pasiyentin təkrar əməliyyata ehtiyacı olmasın. 

Eksimer lazer əməliyyatına əks göstərişlər

Eksimer lazer əməliyyatı üçün bir neçə əks göstərişlər var. İlk növbədə göz rəqəmləri mənfi 10-dan və müsbət 6 arasında olmalıdır. Həmçinin astiqmat rəqəmləri eyni olmalıdır. Göz dibinin vəziyyəti stabil olmalıdır. Göz dibində incəlmələr, dəliklər varsa, onlar əməliyyatdan öncə lazerlə, el arasında biz onu deyirik, bərkidilməlidilər və 3-cü, göz önündə əməliyyat etdiyimiz qişa buynuz qişa adlanır. O qişanın qalınlığı bizim üçün uyğun olmalıdır ki, bu qişanın üstündə lazer öz işini apara bilsin və əməliyyatdan sonra lazım olan qalınlıqdan az qalmasın. 

Eksimer lazer əməliyyatı necə icra olunur? 

Gözün önündə buynuz qişa adlanan bir qat var. O qatın üstündə loru dildə desəm, lazer buynuz qişanın önünü "yonur", bizə lazım olan formanı verir və bu əməliyyatın bir neçə növü var. Bütün bu analizlərin nəticələrini, aparatların nəticələrini uyğunlaşdırıb həkim pasiyentə uyğun, pasiyentə ən fəsadsız və ən məqsədəuyğun bir əməliyyat növünü seçir. 

Eksimer Lazer əməliyyatı hər gözə uyğun olmaya bilər

İnsan eynək taxırsa, fikirləşir, 18 yaşında uşaq, 18 yaşına çatacaq və əməliyyat edə biləcəyəm və eynəksiz gəzəcəyəm. Təəssüflər olsun, Eksimer Lazer əməliyyatı hər gözə uyğun olmaya bilər. Xüsusi bir hallarda Eksimer Lazer əməliyyatı biz icra edə bilmirik.

Dr.Nərgiz Kəlbiyeva | Oftalmoloq