Awesome Image
02 Oct 2024

Anadangəlmə katarakta əməliyyatı

Katarakta xəstəliyi el arasında mirvari suyu xəstəliyi kimi tanınır. Anadangəlmə formaları da var, yaşa bağlı formaları var, dərman istifadəsinə görə yaranan formaları var, hər hansı bir sistemik xəstəliklər zamanı yaranan formaları var, travmaya bağlı yaranan formaları var. 
Bizim əməliyyat etdiyimiz xəstə 13 yaşında, anadangəlmə kataraktası olan bir uşaq idi. Hansı ki, anadangəlmə kataraktalar təəssüflər olsun ki, gözü tənbəl qoyurlar. Yəni gecikmiş xəstələrdə də, yəni 13 yaş anadangəlmə katarakt əməliyyatı üçün bir az gecikmiş yaş sayılır. Yəni bu xəstədə də göz tənbəlliyi mövcuddur. 
Anadangəlmə kataraktlarda yanaşma digər kataraktlara görə bir az fərqlidir. Yəni uşaqlarda apardığımız katarakta əməliyyatı ilə böyüklərdə apardığımız katarakta əməliyyatı arasında fərq vardır. Yəni bu bir etaplı əməliyyat kimi nəzərdə tutsaq, böyüklərdə istənilən yaşda elədiyimiz əməliyyatda gözə gözdaxili linzanı implantasiyanı edirik, qoyuruq. Amma uşaqlarda yaş faktoru var. Təbii ki, çox erkən yaşlarda etdiyimiz xəstələrdə gözə linza qoyulmur. İki yaşından sonra gözdaxili linzalar barədə planlar qurulur. 

Amma bizim əməliyyat etdiyimiz xəstənin 13 yaşı olduğu üçün biz eyni seansda həm kataraktanı gözdən xaric elədik, yəni mirvari suyu əməliyyatı oldu, həm gözün ikincili kataraktası yaranmaması üçün, o fərqlərdən biri də budur ki, tədbirlər gördük, uşaq xəstələrdə bu tədbirləri görürük, arxa kapsulareksis dediyimiz, ön vitrektomiya dediyimiz tədbirlər gördürük və gözə uyğun linzanı qoyduq. 

Yəni nəticə də gözlədiyimizdən yaxşı oldu. Xəstənin bir gün sonrakı kontrolunda, əməliyyatdan sonra 60% bir görməsi var. Yəni bu da gözün çox-çox ciddi tənbəl olmadığını göstərir. 

Valideynlərin diqqət etməsi gərəkən bir şey var ki, bütün uşaqlar anadan olduqdan 6 ay sonra, 1 il sonra göz müayinəsindən keçməlidirlər. Uşaqlarda aşkarlanacaq hər hansı bir göz xəstəliyinin vaxtında müalicəsi... Bu eynək ehtiyacı da ola bilər, hər hansı bir əməliyyat da ola bilər. Vaxtında müalicəsi aparıldığı zaman gözlərin tənbəl qalma ehtimalı azalır. 

Amma gecikmiş xəstələrdə təəssüflər olsun ki, göz tənbəlliyi yaranır və bu göz tənbəlliyinin də istəmədiyimiz tərəfi odur ki, yəni gözdə qalıcı bir görmə zəifliyi verir. Yəni göz tənbəlliyinin 12-13 yaşından sonra heç bir müalicəsi yoxdur.

Dr. Şahin Novruzlu | Oftalmoloq