El arasında “sarı nöqtə xəstəliyi” kimi də bilinir. İnsanın görmə mərkəzini zədələyən bir xəstəlikdir.
2024-cü ilin statistikasına əsasən 200 million insanda rast gəlinməkdədir və bu rəqəmlərin 2040-cı ildə 300 milyona çatacağı proqnozlaşdırılır.
Bu xəstəlik kimlərdə rast gəlinir? 50-55 yaş üstü insanlarda, qadınlarda kişilərə nisbətdə daha çox rast gəlinir. Ortalama 90% hallarda quru tip makula degenerasiyalara rast gəlinir, 10% hallarda yaş makula degenerasiyalara rast gəlinir.
Quru tip makula degenerasiyanın əlamətləri nədir?
Quru tip makula degenerasiyaları adətən xəstələr hiss etmirlər və təsadüfi bir müayinə nəticəsində aşkarlanır. Hansı ki, 50-55 yaş üstü insanlarda. Quru tip makula degenerasiyada görmə mərkəzimizdə proteindən zəngin olan bərk drusenlər əmələ gəlməyə başlayır və bu zaman keçdikcə makulamızın, yəni görmə mərkəzimizin incəlməsinə gətirib çıxarır, görmənin zəifləməsi ilə nəticələnir.
Yaş tip makula degenerasiya
Lakin elə quru tip makula digenasiyalar vardır ki, onlar çox sürətli şəkildə yaş tipə keçirlər. Bu zaman biz bilirik ki, bizim retinamızda nə maye, nə də qan olmamalıdır ki, normal şəkildə çalışsın. Yaş tip makula degenerasiyalarda retinanın altından patoloji damarlar əmələ gəlir ki, hansı ki, bu həmin zədələnmiş hissəyə doğru irəliləyir və orada qan hissəcikləri və maye toplanmağa başlayır və bu da sürətli şəkildə xəstənin görməsinin zəifləməsinə gətirib çıxarır.
Makula degenerasiya kimlərdə görülür?
Risk faktorlar kimlərə aiddir? 50-55 yaş üstü insanlar, genetikasında və yaxud ailəsində yaşa bağlı makula degenerasiya olan xəstələrdə, xolesterini, yüksək qan təzyiqi olan insanlarda, tütündən istifadə edən insanlarda, hansı ki, onlardan artıq 5 qat daha çox rast gəlinir bu xəstəliyə və son zamanlar ultrabənövşəyi şüaların təsirinin də burada az olmadığı aşkar olunmuşdur.
Makula degenerasiyasının əlamətləri nədir?
Quru tip makula degenerasiyalarda insanlar həm yaxına, həm uzağa zəiflikdən şikayətlənirlər. Nə isə bir iş görəndə bol işığa ehtiyac duyurlar. Rəng pozuqluğu əmələ gəlir. Mərkəzdən, yəni düz baxanda qara rəngli sahələr görməyə başlayırlar. Yaş tipdə isə bu daha bəlirgin formada özünü göstərir. İnsan nəyəsə bir şeyə baxanda onun mərkəzi hissəsini görmür, ancaq kənarları görməyə başlayır. Cizgiləri, baxdığı obyektləri əyri şəkildə, təhrif olunmuş şəkildə görməyə başlayırlar. Əgər bir insana quru tip makula degenerasiya diaqnozu qoyulmuşdursa, o artıq çox diqqətli bir şəkildə kontrol altında qalmalıdır.
Amsler testi
Bunu ev şəraitində necə edə bilərik? Amsler testləri vardır ki, hansı ki, xəstə öz gözlüyünü, eynəyini geyinir 30 sm məsafədən həmin testə baxır. Bu test cizgilərdən ibarətdir və mərkəzində qara nöqtə vardır. Eyməyi geyindikdən sonra xəstə həmin qara nöqtəyə baxır, əgər orada cizgilərdə hər hansı bir əyrilik, təhrif olunma görürsə, təcili şəkildə öz oftalmoloquna müraciət etməlidir.
Yaşa bağlı makula degenerasiyasının müalicəsi
Müasir dövrdə bu xəstəliyin müalicəsi necə aparılır? Quru tip makula degenerasiyalar adətən nəzarət altında qalır və bu xəstələr bu antioksidantlardan, qida pəhrizlərindən, qlüteinlə zəngin qida pəhrizlərindən istifadə etməlidirlər.
Yaş tip makula degenerasiyanın ən müasir müalicə metodları göz içi anti-VEGF preparatların istifadəsidir. Hansı ki, bu preparatların sayəsində xəstələrin görmə itirilməsinin qarşısı alınır.
Dr.Pərvanə Rəsulova | Oftalmoloq