Şüşəvari cismə qansızmaların əsas səbəbləri hansılardır?
Şüşəvari cismə qansızmaların əsas səbəbi bu ən çox yayılan şəkərli diabetin göz fəsadları, əgər torlu qişada hansı bir yırtıq əmələ gələrsə və yırtıq hansısa bir damar nahiyəsində yerləşirsə və damar qırılaraq şüşəvari cismə, yəni gözünün içində qansızma baş verir. Və yaxud hansısa bir müddət öncə bu əsasən minimum 3 ay bunun üzərindən keçməlidir, 3 ay öncə gözün kökündə damar tıxanıqlığı yaranıbsa və bunun nəticəsində bir müddət keçdikdən sonra gözün kökündə təzə damarlar əmələ gəlir. Bildiyimiz kimi də təzə əmələ gələn damarlar həmişə keyfiyyətsiz olur və hansısa bir təzyiq oynadıqda şüşəvari cismə qansızma baş verir. Dediyim əsas səbəb bu 3-dür. Və nəyə görə bu səbəbləri biz həmişə aydın etməliyik? Ona görə ki, əməliyyatdan sonra və yaxud intravitreal inyeksiyalar vasitəsilə qansızma sorulandan sonra insanın görməsi, yəni proqnoz qansızmanı əmələ gətirən səbəblərdən asılıdır.
Şüşəvari cismə qansızmaların müalicə üsulları
Bugünkü gün üçün şüşavari cismə qansızmaların hansı müalicə növləri vardır?
Hal-hazırda şüşavari qansızmaların bir neçə müalicə növü var. Sadəcə bu müalicələrin tətbiqinin bir zamanı var. Yəni, əgər şüşəvari cismə qansızma yaxın bir ayda baş vermişsə və gözün dibində şəkərli diabetin fəsadlarından biri olan traksiyalar yoxdursa, bu halda əlbəttə ki, ilk öncə biz şüşəvari cismə, yəni intravitreal, Anti-VEGF deyilən, yəni təzə damarları, əmələ gəlmiş damarları bağlamaq üçün istifadə etdiyimiz və qansızmanın sorulması üçün kömək edən Anti-VEGF, hal-hazırda isə ən aktual off-label istifadə olunan Avastini gözün içərisinə, şüşəvari cismin içərisinə yeritmək vasitəsi ilə qansızmaları sovururuq. Əgər qansızma 1 aydan artıq artıq baş vermişsə, bu hallarda əgər qan bu vaxta qədər özü sovrulmayıbsa, artıq qanın hemoliz olub və sorulmaq mümkünatı demək olar ki, yoxdur. Və bu hallarda biz pasiyentlərə vitrektomiya deyilən cərrahiyyə əməliyyat növünü təklif edirik. Bu da şüşəvari cisimdə, yəni gözün içərisində mahiyyəti qansızmanı və şüşəvari cismi tam şəkildə götürməkdən ibarətdir.
Şəkər qansızmaya necə səbəb olur?
Şüşəvari cismə qansızmalarının əsas səbəblərindən biri də şəkərli diabetin göz fəsadıdır. Bu hansı hallarda baş verir və bunun səbəbi nədir?
Bəli. Şəkərli diabetin göz fəsadlarından biri də şüşəvari cismə, yəni gözün içinə olan qansızmadır. Bunun səbəbi: bu pasiyentlər uzun müddət şəkərinə fikir verməmişlər, vaxtlı-vaxtında endokrinoloqa müraciət etməmişlər və şəkərlərini stabilləşdirməmişdirlər. Və uzun müddət şəkər yüksək olduğu halda, bu bizim təkcə gözdə yox, ümumiyyətlə bütün orqanizmdə damarların sıradan çıxmasına gətirib çıxarır və orqanizm və bir kompensasiya etmək üçün və kompensator mexanizm olaraq gözün dibində təzə, yeni damarlar əmələ gəlir. Və bayaqları vurğuladığımız kimi anadan doğulandan sonra əmələ gələn bütün damarlar orqanizmdə keyfiyyətsiz olur və hər hansı bir şəkər oynadıqda, arterial təzyiq oynadıqda yeni əmələ gələn damarlardan qansızmaya əmələ gəlməsinə gətirib çıxardır.
“Şəkər var, amma gözüm sağlamdır”
Bəzən deyirlər ki, "Bəli mənim şəkərim var. Mənim görməm yüksəkdir. Mən nəyə görə göz həkiminə müraciət etməliyəm?"
Çox təəssüflər olsun ki, bu fikir tamamilə səhvdir. Ona görə ki, pasiyentin 100% görməsi olduğu halda gözün kökündə şəkərin əmələ gətirdiyi çox miqdarda fəsad olar. Və bu göstərdiyim bir şəkildə siz görəcəksiniz ki, bu pasiyentdə 100% görmə var. Amma ona baxmayaraq gördüyünüz kimi düz mərkəzi zonada torlu qişanın önünə qansızma var. Sadəcə bir mərkəzdə əsas görmə kəskinliyini təmin edən bir zonada açıq yer olduğuna görə bu pasiyentin 100% görməsi var. Və gördüyünüz şəkildə əmin olduğunuz kimi yəni görmə şəkərli diabetin gözün kökündə yaratdığı fəsadlarla üst-üstə gəlmir. Ona görə də şəkərli diabet diaqnozu qoyulan ki, mütləq göz həkimi tərəfindən, yəni bir retinoloq tərəfindən göz dibi müayinə olunmalıdır.
Şüşəvari cismə qansızmalar təkrarlana bilərmi?
Əgər pasiyent göz dibindən əməliyyat olubsa, artıq bir qansızma və yaxud gözün dibində yaranmış fəsadlara görə artıq bir cərrahi əməliyyat işlənmişsə, bu pasiyentin gözündə təkrar bu hallar yaşana bilərmi?
Bəli, yaşana bilər. Ona görə ki, göz dibi əməliyyatları zamanı göz dəyişdirilmir və yaxud torlu qişa dəyişdirilmir və yaxud gözün hansısa bir anatomik strukturuna bir zərər vurulmur. Bu əməliyyat zamanı sadəcə əmələ gələn, yəni şəkərli diabetin yaratdığı fəsadlar aradan götürülür. Və bildiyiniz kimi, əgər şəkərinizə fikir verməzsinizsə, bir fəsad yaranmışsa demək, növbəti: ikinci və ya üçüncü fəsad da yarana bilər. Ona görə də əməliyyat olmaq sağlam olmaq deyil. Əməliyyat olduğunuz halda şəkərinizi və artrial təzyiqinizi mütləq siz kontrol edəcəksiniz. Mütləq bunu normada saxlayacaqsınız.
Vitrektomiyadan sonra görmə faizi
Deyirlər ki, vitrektomiyadan sonra, göz əməliyyatlarından sonra və yaxud şəkərli diabeti olan insanlarda gözündə fəsad əmələ gəlirsə, bu insanlarda yüksək görmə almaq mümkün deyil.
Bununla qətiyyəi razı deyiləm. Ona görə ki, pasiyentin əməliyyatdan sonra görməsi pasiyentin həkimə nə vaxt müraciət etməyindən asılıdır. Yəni, nə qədər pasiyentlərimiz bizə gec müraciət edərlərsə, bir o qədər əməliyyatdan sonra görmə proqnozu daha pis ola bilər. Ona görə də məsləhət bilirəm ki, hansısa bir problem yarandıqda bunu uzun müddətə saxlamayıb... Yəni yəni, bunları etməsinlər və dərhal vitreoretinoloqa və yaxud da retinoloqa, yəni ümumi göz həkimlərinə müraciət etsinlər.