Awesome Image
17 Jan 2024

Yod çatışmazlığı və yod çatışmazlığının əlamətləri

Yod çatışmazlığı nə deməkdir?

Yodu orqanizm özü üçün təmin edə bilmədiyindən onu əsasən qida və digər vasitələr yolu ilə əldə edə bilərik. Əgər orqanizmin yod tələbatı tam qarşılanmazsa, o zaman tiroid hormonları səviyyəsi xeyli aşağı düşər, bu da tiroid xəstəliklərinə səbəb olar.

Yod çatışmazlığına təsir edən amillərdən biri də iqlim şəraitidir. Yaşadığınız torpaqların orqanizmə böyük təsiri vardır.

Yod çatışmazlığı niyə olur?

Yod çatışmazlığı hansı orqanlara təsir edir? Yod əksikliyi tiroid hormonlarına, eləcə də beyin, ürək, böyrəklərə mənfi təsir edir.
Yod catismazliginin sebebi nedir? Bu problemin ən əsassəbəbi qidalanmadır, çünki yuxarıda da qeyd etdiyimiz kimi, yodu orqanizm özü təmin edə bilmir. Bu, kənardan alınmalı olan bir maddədir.

Yod çatışmazlığının səbəbləri:

  • Yod tərkibi az olan duzdan istifadə etmək və ya heç duz istifadə etməmək
  • Vegeterian qidalanma
  • Siqaret istifadə etmək
  • Yod əksikliyi olan torpaqlarda yaşamaq və s.

 

Yod çatışmazlığı əlamətləri:

 

  • Dəridə quruluq
  • Qəbizlik
  • Əzələ və oynaqlarda ağrı
  • Yaddaşın ara-sıra itməsi
  • Soyuq havaya qarşı həssaslıq, çox üşümək
  • Saç tökülməsi
  • Sancılı və nizamsız aybaşı periodları
  • Ürəyin yavaş döyünməsi ilə bağlı başdönməsi
  • Çəkinin anidən çoxalması
  • Boyunda və üzdə şişkinlik olması və s.

Yod çatışmazlığı hansı orqanlara təsir edir?

 

Əgər yod catismazligi probleminiz varsa, bu, həzm sistemi problemləri, ağız və gözlərdə, dəridə quruluq, tərləmənin azalması, diqqət dağınıqlığı, tiroid hormonunun düzgün fəaliyyətinin pozulması, hamilələrdə erkən doğum və düşük riskləri, inkişaf çağında olan uşaqlarda zəkanın geriləməsi kimi nəticələr doğurur.

 

Orqanizminizdə yod eksikliyi əlamətləri hiss edirsinizsə, tezliklə müayinə olunmağa tələsin ki, bu yod çatışmazlığına bağlı olan digər sağlamlıq problemlərinə yol açmasın.