Torlu qişanın qopması korluqla nəticələnən bir xəstəlikdir. Hansı ki, bəzi qopma növlərində hətta göz almasının ölçüləri də kiçilir, yəni göz almasının itirilməsi ilə də nəticələnə bilir.
Bizə ən çox müraciət edən xəstə qrupumuz torlu qişa qopmalarında, yırtıqlı torlu qişa qopmaları və traksion torlu qişa qopmalarıdır hansı ki, bunların müalicəsində birbaşa əməliyyata müraciət edirik.
Bunların dərman müalicəsi yoxdur. Xəstənin gözünə hər-hansı bir müdaxilə, yəni uyğun xəstədə uyğun metodlu müdaxilə lazımdır.
Bəzi xəstələrdə, yəni erkən müraciət edən xəstələrdə hətta lazerlə, əməliyyata ehtiyac qalmadan bu qopmanın qarşısını almaq mümkündür.
Vitrektomiya əməliyyatı
Təəssüf ki, xəstələrin çoxu əməliyyatlıq mərhələdə müraciət edirlər.
Əməliyyat seçimində isə ən çox baş vurduğumuz metod vitrektomiya əməliyyatıdır.
Vitrektomiya əməliyyatı zamanı torlu qişağıdakı qopma aradan qaldırılır, yəni torlu qişa yatışdırılır və gözün içinə bir tamponat yerləşdirilir. Yəni əməliyyat sonrası gözün içini doldurmaq lazımdır.
Tamponatlar
Daha çox 2 tamponat növündən istifadə edirik: qaz və silikon. Bunların ikisinin də üstünlükləri və çatışmamazlıqları var. Xəstələr bu barədə məlumatlı olmalıdırlar.
Çünki qaz verilən xəstələrdə gözdə qaz olduğu müddətcə xəstənin görməsi yaxşı olmur. Tədricən qaz sorulduqca görmələri artır və hər-hansı bir ikinci əməliyyata ehtiyac yaranmır. Silikon verilən xəstələrdə isə, əməliyyatın ertəsi günündən etibarən görmələri mövcud olur. Bulanıq görürlər bir az. Çünki silikonun bir refraktiv dəyəri var. Silikon bulanıq görmə verir gözə. Amma silikonu gözdən əməliyyatla çıxartmaq lazımdır. Yəni silikonun da belə bir dezavantajı var.
Reabilitasiya dövrü
İki tamponatda da, qaz verdiyimiz xəstələrdə də, silikon verdiyimiz xəstələrdə də əməliyyat sonrası bizim təklif etdiyimiz yatış pozisiyasına riayət etməsi xəstələrin mütləqdir. Yəni bu əməliyyat qədər vacibdir. Çünki bu həm yırtığın ağzının qapanmasında, həm də torlu qişanın yatışlığının təmin olunmasında böyük rol oynayır.
Kontrol müayinələri
Bütün əməliyyatlarda olduğu kimi torlu qişanın qopma əməliyyatlarından sonrakı dövrdə xəstələrin kontrollara, müayinələrə vaxtlı vaxtında gəlməyi də çox vacibdir. Çünki yarana biləcək problemləri öncədən müayinələrlə aşkarlayıb, ən çox da göz təzyiqinə diqqət edirik bu əməliyyat sonrası. Gələcəkdə olan ağırlaşmaların qarşısını almış ola bilirik.