Ürək xəstəlikləri şəkərli diabet xəstələrinin arasında ən çox yayılmış xəstəliklər siyahısındadır. Şəkərli diabet xəstələrində patogenetik olaraq bütün damarların, əsas da arteriyaların divarının tamlığının pozulması baş verir. Bu da nəinki ürəkdə, bütün kiçik, xırda kapilyarlarda və böyük damarlarda da baş verir. Bunun nəticəsində əsasən birinci, daimi işləyən orqan ürək olduğu üçün ən böyük problem ürəkdə özünü göstərməkdədir.
Amma dediyimiz kimi, başqa orqanlarda da, yəni beyində, gözdə, aşağı ətrafların damarlarında və böyrək damarlarında da şəkərin nəticəsində problemlər yaranır. Bunu necə aşkar etmək olar?
Şəkər xəstələrində ürək problemlərinin diaqnostikası
Əsasən biz kardioloq kimi müəyyən müayinə metodları nəticəsində, yəni kardioqramma, exokardioqrafiya, stress-test kardioqrafiya və holter nəticəsində bu problemləri öncələyərək aşkar edə bilirik.
Şəkər xəstəliyinin ürəkdə yaratdığı ağırlaşmalar
Apardığımız müayinələr nəticəsində biz ürəkdə şəkərli diabetin ən böyük ağırlaşması kimi olan ürəyin işemik xəstəlikləri, aritmiyalar və digər patologiyaları aşkar edirik. Belə ki, kardioqramma çəkdiyimiz zaman hər hansı xırda bir dəyişiklik görəriksə, bu bizim növbəti müayinələri aparmağımıza əsas verir. Yəni məsələn, exokardioqrafiya nəticəsində ürək divarının hərəkətliliyinin pozulması və yaxud da onun qapaqlarının hərəkətliliyinin pozulması və digər patologiyaları aşkar edərək öncədən xəbər verə bilirik və bu da yarana biləcək digər ağır xəstəliklərin vaxtında qarşısını almağa bizə çox vaxtı kömək edir.
Ürəyin işemik xəstəliklərindən əlavə ürəkdə aritmiyalar da ola bilər ki, bu da ən sadə elektrokardioqrafik müayinə nəticəsində aşkar olunur və bunu da bilərək biz öncədən müəyyən dərmanların təyini nəticəsində yarana biləcək ağırlaşmaların qarşısını ala bilirik.
Bundan başqa deyə bilərəm ki, şəkərli diabet xəstələrində yanaşı hipertoniya, yəni yüksək qan təzyiqi də müşahidə olunur.
Qabağını almaq üçün biz hər zaman dərman müalicəsinə gedirik. Amma bəzi hallarda isə yanaşı problemlərin, yəni şəkərin və digər endokrinoloji problemlərin həlli yüksək qan təzyiqinin aşağı enməsinə səbəb olur.
Şəkər xəstələri kardioloq müayinəsində
Buradan belə nəticə çıxır ki, hər bir şəkər xəstəsi ən azı ömründə bir və yaxud bir neçə dəfə kardioloqda müayinə olunmağı məsləhətdir.
Ən sadə müayinələr: elektrokardioqrafiya və exokardioqrafiya ilə yanaşı sonradan ən irəli müayinələr nəticəsində də aşkar oluna bilər.
Hansı müayinələrin aparılması isə həkim mütəxəssis təyin edə bilər. Bunu bilərəkdən artıq lazım olmayan müayinələrindən qaçmaq olar.
Müayinə nəticələrinin aktuallıq müddəti
Əgər sizin əlinizdə köhnə ürək müayinələri, yəni elektrokardioqrafiya və yaxud exokardioqrafiya müayinəsi varsa, bununla bir yerdə həkimə də müraciət edə bilərsiniz.
Amma nəzərə alın ki, ürək xəstəlikləri bir neçə ay ərzində dəyişə də bilər və bunun nəticəsində müayinələrin nəticəsində də müəyyən dəyişiklik ola bilər.
Bu halda həkim yeni müayinə apararaq köhnə ilə müqayisə edir və əgər müqayisədə hər hansı bir dəyişiklik varsa, bunun müalicə tələb edib etməməyini sizə bildirə bilər.
Bu da yarana biləcək ağırlaşmaların qarşısını vaxtında almağa bizə çox böyük kömək edir.
Əlavə müayinələr və analizlər
Apardığımız müayinələrdən sonra isə biz uyğun müalicəni təyin edə bilərik. Belə ki, apardığımız müayinələrlə yanaşı biz müəyyən qan analizlərinin təhlillərini də görməyə məcbur oluruq.
Bu analizlərdə isə biz qanın yağlılığını, yəni elmi dildə desək, lipid spektrnın təyin olunması, qanın ümumi analizi, qanda laxtalanma faktorlarının və böyrəyin funksiyasını göstərən kreatinin təyini bizim üçün çox vacibdir.
Şəkər xəstələrində ürək problemlərinin müalicəsi
Bütün bunları nəzərə alaraq biz xəstələrə uyğun müalicə sxemini təyin edirik. Bir çox hallarda bu, bir və yaxud da iki dərmandan ibarət ola bilər.
Amma bəzən xəstəliyin gedişatından və ağırlığından asılı olaraq bu dərman sayı çoxala da bilər.
Nəzərə almaq lazımdır ki, ürəyi işemik xəstəliyi, şəkərli diabet və hipertoniya xəstəlikləri xroniki xəstəliklərdir. Yəni bunlar heç vaxt müalicə olunmur. Yəni tam müalicə olunmur. Və tam müalicə olunmadığı üçün də bizim məqsədimiz onun yarada biləcəyi ağırlaşmanı aradan qaldırmaq və bunu da dərmanlar vasitəsilə etməkdir. Bu səbəbdən bu tip xəstələr ömürlərinin axırlarına qədər bir və yaxud bir neçə dərman qəbul etməlidirlər.
Amma nəzərə almaq lazımdır ki, əgər yanaşı ürək ritm pozğunluqları, yüksək qan təzyiqi və digər qapaq xəstəlikləri olarsa, bu siyahı dəyişir. Yəni qəbul etdiyimiz dərmanların sayı arta bilər. Bunların sayını artırıb azaltmaq kardioloq tərəfindən yerinə yetirilir.
Həyat tərzi də çox vacibdir
Bir şeyi də bilmək lazımdır ki, apardığımız bütün müayinələr və müalicələr bu işin bir tərəfidir. Digər tərəfi isə, xəstələrin özüdür.
Yəni əgər xəstə heç bir qida rejiminə, hərəkət rejiminə müraciət etməyiniz sizin üçün çox faydalı ola bilər.
Amma nəzərə alın ki, bütün bunlar sizin özünüzdən asılıdır. Belə ki, siz öz həyat tərzinizi düzəltdikcə, bütün xəstəliklərdən də azad ola bilərsiniz.