Biovista Hospital ISO 9001:2015 keyfiyyətin idarə olunması beynəlxalq sertifikatına layiq görülüb.
International Quality Management mərkəzi tərəfindən verilən sertifikat Biovista Hospitalın ambulator və stasionar xəstələr üçün diaqnoz və müalicə xidmətlərinin keyfiyyətinin idarə olunması sisteminin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.
Sertifikat aşağıdakı sahələri əhatə edir:
- Oftalmologiya
- Travmatologiya
- Pediatriya
- Kardiologiya
- Ginekologiya
- Endokrinologiya
- Kosmetologiya
- LOR
- Radiologiya
- Laboratoriya