Katarakta ilə, yaxud "mirvari suyu" el arasında deyilir, ən sıx rast gəlinən yanaşı xəstəliklər şəkərli diabet və hipertoniyadır.
Bu gün biz şəkərli diabet olan xəstələrdə katarakta əməliyyatından danışacağıq.
Şəkərli diabet olan xəstələrdə müayinəyə gələn zaman və mirvari suyu və yaxud katarakta diaqnozu eşidəndə deyirlər ki, Bu çox yanlış fikirdir. Bu mifdir. Əslində əməliyyat etmək olar və lazımdır əməliyyat.
Nəyə görə biz bunu edirik?
Birincisi və ilk növbədə şəkərli diabet olan xəstələrdə mirvari suyu - biz ona "diabetik katarakta" deyirik və bunun gedişatı mirvari suyu "yetişdikcə" fəsadlaşa bilər. Bu birincisi.
İkincisi, mirvari suyu əməliyyatı biz sırf görməyə görə etmirik. Bildiyiniz kimi, şəkərli diabet ilk növbədə fasad damarlara verir və göz damarlarına, böyrək damarlarına və ətraf damarlarına.
Bu fəsadları ilkin mərhələdə bilmək üçün və qarşısını almaq üçün hansı bir müalicəyə başlamaq üçün göz dibi şəffaf müayinə olmalıdır. Və mirvari suyu olanda biz göz dibini şəffaf görmürük və müayinə edə bilmirik.
Mirvari suyu əməliyyatından sonra şəkərli diabet olan insanlar ilk aylarda göz dibi müayinəsi olunur və hansısa bir əlavə göz dibi müalicəsinə ehtiyac olursa, biz bu müalicəni tezliklə başlamalıyıq.
Şəkərli diabet olan insanların mirvari suyu əməliyyatı şəkərli diabet olmayan xəstələrin əməliyyatından heç bir fərqi yoxdur: nə gedişatında, nə istifadə edilən dərmanlarda və nə gözün içinə gözdaxili linza qoymaqda.
Əslində sağalma müddəti hər insanda individualdır, şəkər oldu və yaxud olmadı insanda. Əlbəttə, şəkər olan insanlar əgər uzun müddət şəkəri yüksək və kontrolsuz idisə, mütləq endokrinoloqun yanına yönəldilir və şəkər qaydaya salınır. Amma "Hansı müddət sağalır?" sualınaa cavab versək, bu çox individualdır.
Şəkər olduğu üçün, təkrar etmək istərdim ki, əməliyyat vaxtı heç bir əlavə dərman, linza istifadə olunmur. Amma əməliyyatdan sonra, göz dibi müayinə olduqdan sonra, əgər göz dibində fəsad varsa, mütləq müalicəsi başlanır və onda biz əlavə dərmanlar, ehtiyac olarsa lazer, ehtiyac olarsa göz içi dərmanlar vurulur.
Ümumiyyətlə, demək istərdim ki, şəkər olan insanlarda əlbəttə, göz xəstəlikləri, göz problemi daha çox ola bilər ki, olsun və daha tez zamanda fəsadlaşa bilər.
Ona görə şəkər olan insanlar bilməlidirlər ki, mütləq ildə 2 dəfə göz həkimi müayinəsindən keçməlidirlər və şəkərini kontrolda saxlamaq üçün endokrinoloqa mütəmadi olaraq müraciət etməlidirlər.