Awesome Image
26 Dec 2024

Qan təzyiqinin yüksək olmasının törətdiyi fəsadlar: BEYİN, ÜRƏK və GÖZLƏR

Klinikamıza müraciət edən xəstələrin əksəriyyətində yüksək qan təzyiqi, yəni arterial hipertenziya müşahidə olunmaqdadır. Bu xəstələrin əksəriyyəti ya qan təzyiqinin yuxarı olmasından heç xəbəri olmur və yaxud da xəbəri olsa da heç bir müalicə almırlar. Bəzi xəstələr isə, qan təzyiqinin yüksək olması haqqında çox məlumatlıdırlar, ancaq ara-sıra, çox kiçik dozalı haqqında qısa bir məlumat verək.

Arterial hipertenziya nədir?

Avropa və Amerika Kardioloqlar Cəmiyyətinin verdiyi son rəhbərliklərə görə sistolik (yuxarı) arterial təzyiqin 139 mm civə sütunundan, diastolik (aşağı) arterial təzyiqin 89 mm civə sütundan yuxarı olması artıq təzyiqin yuxarı olması, yəni arterial hipertenziya sayılır. Hipertoniyası olan xəstələrin əsas şikayətləri ilk növbədə baş ağrı, gözlərdə qızarmaa, qulaqlarda küy, daha sonra isə boyun nahiyəsində olan ağrılar, bəzən döş qəfəsində olan sıxılmalar, gərginlik və ağrı kimi, ən sonda isə bədənin müxtəlif sahələrində olan şişkinliklər kimi özünü göstərə bilər.

Birincili və ikincili arterial hipertenziya

Arterial hipertenziyanın əsas iki forması qeyd olunur: birincili və ikincili formaları. Birincili arterial təzyiq dedikdə ilk növbədə heç bir səbəbi olmayan, əsasən irsi olan arterial təzyiqin yüksək olması nəzərdə tutulur. İkincili arterial təzyiq dedikdə isə bu, əsasən müxtəlif xəstəliklərin nəticəsi kimi ortalığa çıxır. İkincili arterial hipertenziyalı xəstələr bütün qan təzyiqi yüksək olan xəstələrin təqribən 5-10 faizə qədərini təşkil edir. Bu xəstələrin əksəriyyəti də panik atak və sinir gərginliyi fonunda meydana çıxan yüksək qan təzyiqləridir. Bu xəstələrin, yəni ikincili arterial hipertenziyalı xəstələrin əksəriyyəti əsas səbəbi müalicə etdikdə normaya dönə bilir. Belə ki, əgər bu xəstələr sinir gərginliyi və panik atak və digər nevrotik hallarla əlaqəlidirsə, sadə sakitləşdiricilərin tətbiqi təzyiqin normaya dönməsinə səbəb olur. Bundan başqa ikincili hipertoniyalı xəstələr əsasən böyrək xəstələri, böyrəküstü vəzinin xəstələri, şəkərli diabeti olan xəstələr və beyində olan müxtəlif xəstəliklər səbəbindən üzə çıxa bilər.

Yüksək təzyiqin fəsadları

Qan təzyiqinin yüksək olması ilk növbədə bədəndə olan damarları, əsasən də arteriyaların zədələnməsi ilə özünü göstərir. Bu da aid olduğu orqana görə müxtəlif şikayətlər və xəstəliklər yarada bilər. Belə ki, ən çox arterial hipertenziyalı xəstələrdə beyin, böyrək, ürək və göz zədələnməkdədir.

Yüksək təzyiqin fəsadları: BEYİN və ÜRƏK

Beyin zədələndikdə bu zaman müxtəlif tipli hipertonik ensefalopatiyalar, beyin qansızmaları, yəni hemorogik insultlar və yaxud da əksinə beyin qansızlaşması nəticəsində olan işemik insultlar kimi özünü göstərə bilir. Ürəkdə isə bu müxtəlif hipertrofiyaların və aortal disseksiya və aortal disseksiya və aortal anevrizmanın yaranmasına səbəb ola bilər.

Yüksək təzyiqin fəsadları: GÖZLƏR

Ən böyük zədələnmələr qrupuna isə gözün zədələnmələri aid olunur. Yüksək qan təzyiqinin davamlı olması gözün torlu qişasını təmin edən damarların daralmasına səbəb olur və bu da gözün torlu qişasının oksigenlə təminatının pozulmasına gətirir. Bunun nəticəsində müxtəlif tipli retinopatiyalar, yəni torlu qişanın xəstəlikləri, gözə qansızma, inkişaf edə bilər. Yüksək qan təzyiqi müalicə edilmədikdə gözə olan təsirlər daha da böyüyür. Belə ki, gözdaxili təzyiq artır və gələcəkdə daha ağır nəticələrə - qlaukomaya və sonda isə görmənin itməsinə səbəb olur. Şəkərli diabet, ürək-damar xəstəlikləri və atereskleroz xəstəliyinin yanaşı olması bu problemləri daha da kəskinləşdirir. Bundan başqa, bəzi risk faktorları da bu xəstəliklərin daha da dərinləşməsinə səbəb olur. Bu risk faktorlarına artıq çəki, az hərəkətlilik, irsiyyət və digərlərini aid etmək olar.

Yüksək təzyiqi vaxtında müalicə etmək lazımdır

Bütün bu dediklərimizdən belə nəticə çıxartmaq lazımdır ki, hər bir təzyiqi yüksək olan insan ən azı ömründə bir dəfə də olsa həkim müayinəsindən keçməlidir. Belə ki, ən sadə müayinə üsulları ilə gələcəkdə yarana biləcək ən ağır ağırlaşmaların qarşısını almaq olur və gündə sadə, ən azı bir dərmanı qəbul etməklə bütün ağırlaşmaları öncələmək mümkündür.

Dr.Kənan Əhmədov | Kardioloq