Karpal tunel sindromu əlin içində olan karpal əl biləyi kanalında median sinirin (orta sinirin) sıxışmasıdır.
Karpal tunel sindromunun əlamətləri nədir?
Əsas əlamətlər əlin birinci üç barmağında olan keyimə hissi və dördüncü barmağın yarı hissəsində olan keyimə hissi, gecə ağrıları, gecə yuxudan oyadan ağrılar və xəstə əlini davamlı silkələyir. Hər hansı bir iş görəndən sonra əldə yorğunluq, aradan qaldıra bilirik, amma orta və ağır formalarda bunlar müalicəyə yatqın olmurlar və cərrahi müalicə ehtiyacı duyulan bir xəstəlikdir.
Karpal tunel sindromununun cərrahi müalicəsi
Cərrahi müalicədə ya klassik üsulla - ovuc içində 4-5 sm bir boylama kəsik açaraqdan karpal bağı sərbəstləşdiririk və yaxud da endoskopik üsulla sadəcə bir dəlikdən qansız, optik bir sistemdən baxaraqdan və ekranda bu əməliyyatı icra edirik.
Bu əməliyyatın müddətini də qısaldır, əməliyyatdan sonrakı bərpa müddəti də həmən qısalır, yəni xəstə həmin gün əlini istifadə eləyə bilir.
Çünki əlində geniş bir kəsik olmadığına görə, sadəcə 1 sm - 1.5 sm bir kəsik olduğuna görə xəstənin komfortu da yaxşı olur və bir gündə bütün dərdlərindən qurtulmuş olur. Yəni bunu həftələrcə, aylarca əlini sağalmağını gözləməyə ehtiyac qalmır.