Mirvari suyu əməliyyatı barəsində bir neçə çox vacib mövzulara toxunmaq istəyirəm. Harçənd ki, bu barədə çox həkimlər və yaxud mən də öz məsləhətlərimdə çox danışmışam. İstərdim ki, əsas bir neçə nöqtələri vurğulayım. Bunlar nədir?
Birincisi, mirvari suyu əməliyyatı nə vaxt olmalıdır?
Mirvari suyunun yetişib-yetişməməyi
Bunun üçün çox təəssüflər olsun ki, baxmayaraq ki, XXI əsrdə yaşayırıq patsiyentlərimiz deyirlər ki, Tam həminki zamanlar tikişsiz kəsiklərlə əməliyyat növləri yox idi və ona görə də ola bilsin ki, bir mirvari suyu rənginə büllur çalana qədər mirvari suyu “yetişdirilirdi” və tam “yetişmiş” olandan sonra mirvari su əməliyyatı icra olunurdu.
Bugünkü gün üçün bu tamami ilə belə deyil. Ona görə ki, mirvari suyu əməliyyatı metotikası o həddə çatdırılıb ki, o yüksəkliyə çatdırılıb ki, bugünkü gün üçün 100% görməsi olan, ancaq günəşə çıxanda, işıqlı otağa çıxanda insanlarda diskomfort yaradan mirvari suyu yetişmələri gözlənilmədən, 100% görmə olsa belə, əməliyyat olunur. Ona görə ki, bu, insanın həyat keyfiyyətini azaldır.
Yəni dediyim odur ki, mirvari suyu əməliyyatını etdirmək üçün mütləq onu “yetişdirməyə” ehtiyac yoxdur və hətta onu deyim ki, bugünkü gün üçün mirvari suyu əməliyyatı o səviyyəyə çatıb ki, 40 yaşından sonra olan pasiyentlərdə, əgər bir eynək problemi varsa və onlar həm uzağı, həm yaxını eynəksiz görmək istəyirlərsə, bu pasiyentlərimizə də bugünki gün üçün “mirvari suyu əməliyyatını” biz təklif edirik.
Bəli, “mirvari suyu” yoxdur, amma insan eynək problemi yaşayır. Mirvari suyu əməliyyatı bu insanlarda artıq öz qüsuru olan büllurunun yerinə süni, qüsursuz olan bir şəffaf büllurun yerləşdirilməsi ilə nəticələnir.
“Ağıllı linzalar” hamı üçün uyğundurmu?
İkinci - ən mühüm məsələlərdən biri linza seçimidir.
Bəzi pasiyentlər gəlirlər ki, “Doktor mən ən bahalı linzanı istəyirəm".
Linza seçimi zamanı həm pasiyent, həm həkim bir neçə suala cavab tapmalıdırlar və bundan sonra bir linza seçimi olmalıdır.
Pasiyentlər tərəfindən:
– Mənim neçə yaşım var?
– Mən hansı işlə məşğul oluram?
Həkim tərəfindən:
– Pasiyentin gözündə, gözün kökündə, yəni torlu qişada pasiyentimiz bir problem yaşayırmı yoxsa yox?
Ona görə ki, əgər göz dibində mərkəzi zonada, hansı ki, yaxşı görməyə cavab verir, pasiyentlərimiz hansısa bir problem yaşayırlarsa, bu pasiyentlərə multifokal, trifokal, bifokal - bugünkü gün üçün istifadə etdiyimiz "ağıllı linzalar" tam şəkildə yaramır. Ona görə ki, pasiyentlərimə mən dediyim kimi, bu linza öz potensialını tam şəkildə göstərə bilmir. Və bu pasiyentlərimizə çox bahalı linza qoymağımızın böyük bir mənası olmur.
Dərin fokuslu linzalar – EDOF linzalar
Və burada hətta onu deyim ki, qiymətində daha ucuz olan, bu gün daha da aktuallaşan EDOF linzalar, yəni dərin fokuslu linzaların istifadəsi daha məqsədə uyğundur.
Bu pasiyentlər kateqoriyasına əsasən kimlərə aiddir?
Bu, şəkərli diabeti olan və gözün dibində şəkərin fəsadlarını yaşayan pasiyentlərimiz, bu, yaşlı insanlar, hansı ki, gözün dibində yaşa bağlı makulyar degenirasiya deyilən göz dibi problemi olan pasiyentlərimizdir və bunun kimi də bir çox patologiyaların adını çəkmək olar ki, bu pasiyetlərimiz göz dibində problem yaşayırlar. Göz dibi dedikdə, əsasən də mərkəzi zona, yəni "sarı nöqtə" olan zonada problem yaşayırlar.
Əməliyyatdan sonra qarşılaşdığımız şikayətlər
Əməliyyatdan sonra rastlaşdığımız şikayətlərdən biri də nədir? Əsasən mirvari suyu əməliyyatlarından sonra pasiyentlərin yaşadığı bu gözlərində ilk öncədən olan, quru göz sindromu deyilən göz patologiyasıdır. Sadəcə hər bir əməliyyatdan sonra fərqi yoxdur, mirvari suyu, eksimir və yaxud gözdibi əməliyyatlarından sonra bu pasiyentlərdə quruluq daha da artır və pasiyetin quru göz sindromu kəskinləşir. Bu bir problem deyil.
Bu bugünkü gün üçün əlimizdə olan suni göz yaşı damcıları vasitəsilə tam şəkildə korreksiya olur və yaxın 1.5 ay, maksimum 2 ay ərzində bu hisslər, bu şikayətlər yavaş-yavaş, öz-özünə gedirlər.
Bəli, hərçənd ki, pasiyentin öz əvvəldən olan quru göz sindromu heç yana getmir və mütəmadi olaraq bu pasiyentlərimiz süni göz yaşından istifadə etməlidirlər.
Quru göz sindromuna əsasən hansı pasiyentlərdə ümumiyyətlə rastlaşılır?
Bu əlbəttə ki, yaşlı insanlarda, şəkərli diabeti olan insanlarda, oynaq problemi, yəni autoimmun xəstəliyi olan insanlarda və yaxud cavanlarda, hansı ki, yazı-pozu işləri ilə çox məşğul olurlar, işləri sırf kompüterlə əlaqədardır. Bu pasiyetlərimizdə biz quru göz sindromu izləyirik. Və pasiyetlərimiz süni göz yaşından istifadə edərək bu problemləri yaşamırlar.