Awesome Image
05 Feb 2025

Körpələrdə göz yaşı kanalı tuxanması

Körpələrdə göz yaşı kanal tıxanması simptomları və müalicəsindən bəhs edəcəyik. 

Bizim göz yaşımızın gözdən buruna axınını təmin edən gözyaşı kanalının son qismində yerləşən membran adətən uşaq doğumundan bir neçə gün sonra açılır. 
Amma bəzən uşaqlarda sulanma, çapaxlanma şikayəti ilə valideynlər bizə müraciət edir. Bunun səbəbi həmin kanaldakı membranın tam açılmamasıdır. 
Bu durumda bəzi simptomlar görürük. Dediyimiz kimi, gözdə sulanma, çapaxlanma, kirpiklərin bir birinə yapışması, hətta infeksiyalaşıb gözdə qızarıqlıq, konyunktivit əlamətlərinə qədər gedə bilən simptomları görürük. 

Sevindirici məqam ondan ibarətdir ki, ilk 1 il içərisində 95% uşaqlarda bu membran öz-özünə və yaxud da bir azdan bəhs edəcəyəm, masaj vasitəsilə açılır. 
Problemin əsas həlli masajdır. Valideynlərə həmişə bildiririk. Bu masaj necə olur? 

Burun kökü ilə gözümüzün iç tərəfindəki, aradakı məsafədə bizim göz yaşı kisəmiz yerləşir və o, göz yaşı kisəsinə gündə 4 - 5 dəfə basdırıb ayırmaqla masaj tətbiq edərək biz orada bir təzyiq yaradırıq və bu təzyiq nəticəsində kanalın ucundakı membranı açmış oluruq. 

Biz 1 il, bəzən 6 ay bunu gözləyirik masajla müalicə tətbiq edirik. Əgər infeksiyalaşma yoxdursa... İnfeksiyalaşma varsa, təbii ki, topikal antibiotiklərdən istifadə edirik. Və yaxud da çapaqlanma çoxdursa, ana südünü pambığa, bintə damladaraq, o çapağı təmizlənərək kirpik gigiyenasının da təmin olunmasını məsləhət görürük. 

Bir müddət gözlədikdən sonra, təxminən 1 yaşına qədər, biz yenidən dəyərləndiririk xəstəni. Əgər simptomlar davam edirsə, bu zaman zondlama dediyimiz kiçik bir alətlə biz həmin kanala daxil olub o membranı mexaniki olaraq açmış oluruq. Bu zondlama prosedurunu biz bir daha təkrarlaya bilərik. 

Təxminən 1.5 ay gözlədikdən sonra simptomları yenidən dəyərləndiririk, əgər yenə xəstədə sulanma şikayəti davam edirsə, o zaman ikinci bir zondlama prosedurunu həyata keçiririk. Zondlama sonrası 90% uşaqlarda demək olar ki, bu kanalda açılma gözlənilir. 

Ancaq təkrar zondlamadan sonra əgər kanal açılmadısa, artıq kanala balon taxılması, stent taxılması, tub yerləşdirilməsi kimi fərqli prosedurlar tətbiq olunur. Həmin prosedurlardan sonra yenə kanal açılmadısa, artıq böyüklərdəki kimi göz yaşı kanalı əməliyyatını tətbiq edirik. 

Burada əsas məqam səbrli olmaq, hər gün uşaqlarda, bu gündə 4-5 dəfə masajı etmək, lazım gəldikdə isə, göz həkiminin nəzarəti altında topikal antibiotiklərdən istifadə etməkdir.

Dr.Aygül Tanrıverdiyeva | Oftalmoloq