Doğumdan sonra önəmli olan, şübhəsiz ki, körpənizin sağlamlığıdır. Ancaq nəzərə alın ki, doğumdan sonrakı baxım da vacib əhəmiyyət kəsb edir.
Təbii doğuşdan sonra vaginal ağrılar
Yırtıq varsa, sağalması bir az zaman ala bilər. Odur ki, səbirli olmaq lazımdır. Tualetə gedərkən içi isti su dolu qabı qarnınızın üstünə qoyaraq ağrını azalda bilərsiniz. Yara olan bölgəni təmiz saxlamalısınız.
Oturarkən diqqətli olun, əgər bu, çox ağrıdırsa yumşaq şeylərin (yastıq və s.) üzərində oturmağa çalışın.
Əgər bu ağrılar dözülməz dərəcəyə çatırsa və yaranın dərinləşdiyini hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.
Doğuşdan sonra vaginal axıntılar
Doğuşdan sonra bir müddət vaginal axıntıların olması normal bir haldır. Oturarkən və ya durarkən, ani hərəkət etdikdə bu axıntıları hiss etməyiniz normaldır. Əgər axıntılar sizi çox narahat edirsə və aşağıdakı hallar yaşanırsa, həkiminizə müraciət etməyiniz daha doğru olar:
- Pedi hər bir saatdan bir dəyişmək məcburiyyətində qalırsınızsa,
- Axıntı ilə yanaşı çox pis qoxu da hiss edirsinizsə,
- Qatı axıntılar (qan rəngində) çox görürsünüzsə,
- 38 dərəcəni keçən temperaturunuz varsa.
Təbii yolla doğuşdan sonra aşağıdakı digər problemlərlə də qarşılaşma ehtimalınız var:
- Əsasən hamiləliyin ilk dövrlərindən başlayan və hamiləlik bitdikdən sonra da davam edən saç tökülməsi. Hormon dəyişiklikləri saç tökülməsinə səbəb olur.
- Döşlərdə ağrı, xüsusilə də süd gəldikdə bu hiss oluna bilər. Döşlər sanki ağırlaşır, şişkinlik hiss olunur.
- Duyğusal olaraq daha həssas olursunuz, hətta depressiyada da yaşaya bilərsiniz.
Bütün bu prosesdə daha səbirli olmağınız və zəruri hallarda həkim məsləhətindən çəkinməməyiniz tövsiyə olunur.