Awesome Image
05 Feb 2025

Hamiləlik zamanı menstrual qanama

Hamiləlik dövründə menstrual tsikl baş verə bilərmi? 

Bəzən hamilələrdə qanama baş verir və onlar bunun menstural tsikl olduğunu düşünürlər. Lakin hamiləlik elə dövrdür ki, bu zaman endometrium qalınlaşmağa başlayır və orada hər hansı bir qanama baş verə bilməz. 

Əgər hamiləlik dövründə qanama baş verirsə, bu bizə hər hansı bir problemin olduğunu xəbər verir. Bu düşük təhlükəsi də ola bilər və yaxud vaginadan, uşaqlıq boynundan hər hansı bir qanama da ola bilər. 

Bunun üçün hamiləlik dövründə olan hər bir qanamanı ciddiyə almalısınız və həkiminizə məlumat verməlisiniz. 

Lakin hamiləlik dövründə implantasion qanama dediyimiz bir qanama var ki, bu embrionun endometriuma daxil olarkən baş verən qanamadır ki, bu normal sayılsa da, lakin bu zaman qanamanın miqdarı çox az və günü çox qısa olur. 

Hamilələrə tövsiyəm stressdən uzaq olmaq, sağlam həyat tərzi yaşamaqdır.

Dr.Günay Xəlilova | Mama-ginekoloq