Qlaukoma xəstələrində mütəmadi müayinələrə gəlmək niyə önəmlidir?
Qlaukoma xəstələrimiz bilir ki, bu xəstəlik proqressivdir. Yəni getdikcə xəstəlik artacaq və görmələri korlana bilər. Bu səbəbdən də mütləq 3 aydan bir kontrol müayinəyə gəlməlidirlər.
Xəstələrimiz müayinəyə gəldiklərində də tək göz təzyiqi ölçülməməlidir. Mütləq görmə kəskinliyi, göz təzyiqi, göz sinirinin müayinəsi və göz sinirinin xüsusi cihazla qalınlığı ölçülməlidir.
Əlavə olaraq da 6 ayda bir görmə sahəsinə baxılmalıdır.
Bütün bunlara biz baxaraq öncəki müayinələri ilə qarşılaşdırırıq. Burada müayinənin özündən çox indiki və öncəki müayinələr arasındakı fərq önəmlidir.
Bizim xəstələrimiz sevirlər fərqli-fərqli klinikalar, fərqli-fərqli cihazlarla müayinədən keçmək. Bu, qlaukoma xəstələrinə uyğun bir müayinə üsulu deyildir. Çünki mütləq biz qarşılaşdıraraq xəstənin vəziyyətində korlanma varmı, xəstə stabildirmi buna qərar veririk və buna görə verdiyimiz müalicənin nə qədər effektiv olduğunu görürük. Amma xəstə bizə sadəcə bir müayinə ilə gəlsə, biz bunu qarşılaşdıra bilmirik. Çünki qarşılaşdırmanı da sadəcə eyni cihazla çəkildiyi zaman edə bilirik.
Bu səbəbdən də qlaukoma xəstələri bilməlidir ki, mütləq 3 aydan bir müayinədən keçməlidirlər. Müayinədən keçdikləri zaman eyni mərkəzdə müayinədən keçməkləri tövsiyə olunur və mütləq vaxtı-vaxtında müalicələrini istifadə edərək özlərini korluqdan qorumağa çalışmalıdırlar. Mütləq həkimlərinin nəzarətlərində olsunlar.
Dr.Ülkər Feyzullayeva | Oftalmoloq