Awesome Image
21 Feb 2025

Ayaq baş barmağında deformasiya - Halluks Valqus

Ayaqda olan halluks valqus deformasiyasından bəhs etmək istəyirəm. 

Nədir halluks valqus deformasiyası? 

Ayağın baş barmağının metatarzofalangeal oynaqdan bayıra doğru yerdəyişməsidir. 

Bu səfər nə olur? Xəstənin baş barmağı ikinci barmağının əksərən altına, bəzən də üstünə doğru keçmiş olur ki, iki barmaq arasında ciddi sıxışmadan və təmasdan, dəri və dərialtı toxumalarda yaralar əmələ gələ bilir və metatarzofalangeal oynaqda artroz və ağrılarla müşahidə olunur. 

Xəstəmiz ayaqqabı geyinərkən ağrıları artır, yürüş zamanı ağrıları artır və biz məcbur olub irəli mərhələdə bunu cərrahi müalicə edirik və barmaqda müəyyən kiçik əməliyyatlar edərəkdən barmağın deformasiyasını düzəldirik. 

Halluks Valqusun yaranma səbəbi

Təbii ki, burada doğuşdan bir yatqınlıq var. Burada daraq sümüklərin forması, anatomiyası, orada olan vətərlərin və altında olan sesemoid sümüklərinin anatomiyası, digər oynaqların bir-birinə təmas etmə şəklinə görə variasiyalar... 

Təbii ki, burada bir genetik faktor olaraq yaranma riskini artırır. 

Amma məişət dönəmində, yəni fenotipik faktorlar genotipik faktorları üstələyir məncə. Yüksək dabanlı, ucu iti ayaqqabılar geyinən xanımlarda biz daha çox bu problemlərə rast gəlirik.

Tövsiyəmiz də xanımlara budur ki, bu formada ayaqqabılar geyinərək barmaqlarını, belə deyim də, əməliyyatlıq bir mərhələyə gətirməsinlər.

Dr.Əliş Təhməzli | Travmatoloq-ortoped