Torlu qişanın traksion qopmasına ən çox şəkər xəstəliyində rast gəlirik.
Bu hansı şəkər xəstələridir?
Hansı ki, yəni qan şəkərlərinin requlyasiyası, tənzimlənməsi olmayıb, həm də ki, göz müalicələrini vaxtında elətdirməyiblər.
Vurğulamaq istədiyim məqam odur ki, şəkər xəstələri əslində vaxtında müraciət etdikləri zaman göz dibini, o əmələ gələn damarlanmalar - nevaskulyarizasiyaları lazerlə aradan qaldırdığımız zaman, görmə mərkəzindəki ödemi iynə ilə müalicə etdiyimiz zaman, bu torlu qişanın traksion qopması yaranmır və kompleks bir əməliyyata da ehtiyac duyulmur.
Özəlliklə şəkər xəstəliyi üstündə nəyə görə çox dururuq?
Çünki xəstəlik irəlilədikcə, şəkərin gedişatı pis olduqca, əməliyyatdan sonrakı nəticələr də bəzən ürəkaçan olmur.
Yəni torlu qişanın qidalanması pozulan xəstələrdə, işemiya deyirik, hansı ki, biz torlu qişanın yatışıqlığını təmin etsək də, əməliyyatla anatomik olaraq torlu qişanı yerinə yapışdırsaq da funksionallıq baxımından bu xəstələrdə görmə ürəkaçan olmaya bilir.
Bilirsiz, şəkər özəlliklə damarları zədələyən bir xəstəlikdir. Göz dibindəki torlu qişadakı damarlarda problemlər torlu qişanın qidalanmasının pozulmasına, yəni işemiyaya, hüceyrə itkisinə səbəb olur.
Bildiyimiz kimi də, sinir hüceyrələri özünü yeniləmir, yəni gözün də torlu qişası sinir hüceyrəsidir, yəni birbaşa, qabaca desək... Ona görə də xəstələrdəki torlu qişağıdakı xəsarət də şəkər xəstələrində bəzən geri qayıdışı olmayan xəsarət kimi qəbul olunur və bu əməliyyatın nəticəsinə də təsir edir.
Dr. Şahin Novruzlu | Oftalmoloq