Awesome Image
21 Apr 2025

Daban ağrıları

Daha çox daban ağrılarını biz görürük orta yaş üzəri şəxslərdə ki, əksərən bunlar olur daban tikanından, xalq dilində bəzən "şpora" da deyirlər.

Bu xəstəliyin öncəki durumlarda isə, "plantar fassit" mərhələsində olan dönəmlərdə ağrılar baş verə bilir.

Daban tikanın ağrılarında olan əlamətlər daha çox tezdən, yuxudan durarkən ilk addımı atarkən xəstənin bir 5-10 dəqiqə ərzində daban hissəsində olan ağrılardan və sonradan keçən ağrılardan və yaxud ağrılar tam keçmir, böyük əksəriyyəti keçmiş olur, müəyyən az bir miqdarı qalmış olur. Bu formada xəstələr şikayət edirlər. Bir müddət, məsələn, 2 saat, 3 saat oturduğu yerdən qalxarkən də bir 2-3 dəqiqəlik bir intervalla ağrıları ola bilir. Bəzən bu ağrılar çox şiddətli ola bilir, bəzən yüngül formada ola bilir. 

Təbii ki, biz bunun müalicəsini aparırıq.

Daban ağrılarının müalicəsi

Müalicəsini aparmadan öncə onu bildirmək istəyirəm ki, bəzən xəstələr yanlışlıqla zərbə dalğası terapiyasına gedə bilirlər. Çox fayda gördüklərini görmürük.

Çünki əksəriyyəti təkrar bizə müraciət edir yaxın bir zamanda. Çünki məsələnin məğzi və yaranma səbəbini aradan qaldırmadıqca tək bu üsulla biz xəstəyə tam kömək edə bilmirik. Bəzən xəstələr gəlir, müraciət edərkən deyir ki:

- Bəs doktor, mən getmişəm, müalicə almışam. Nəyə görə mənim ağrım tam keçməyib?

Ona görə ki, müalicə tamamlanmayıb. Və müalicə üsulu olaraq da, belə deyim də, yüngül formalarda təbii ki, bu mümkündür, amma orta ağır və ağır formalarda biz bu cür yaxşılaşmalar görmürük.

Cərrahi əməliyyat

Ən axırıncı mərhələdə təbii ki, biz məcbur qalıb cərrahi müdaxiləyə əl ata bilirik. Cərrahi müdaxilə olan xəstələr nisbəti çox aşağıdır. Əksərən biz müalicə ilə bu problemi aradan qaldıra bilirik.

Daban nahiyəsində olan digər ağrılardan bəhs etsək, məsələn, “tarsal tunel sindromunda” ola bilir ağrılar ola bilir. Yastı pəncəli və dik pəncəli uşaqlarda və onu deyim ki, daban tikanı əgər anatomik olaraq dik pəncəlilik varsa, “Pes Kavus deformasiyası” varsa, bu insanlarda, bu şəxslərdə olma ehtimalı yüksəkdir.

Biz bilirik ki, normalda insanın gəzməsi gərəkən zəmin yumşaq bir zəmin olmalıdır. Yəni insan yaranarkən, mağarada yaşayan insan qum üzərində gəzirdi və belə deyim də, yumşaq bir zəmin üzərində gəzirdi. Amma müasir dünyamızda və şəhərləşməyə görə insanlar daha çox metlax və yaxud da ki, qranit nəyinsə, sərt bir zəmin üzərində gəzdiyimizə görə bu problemlər erkən başlaya bilir.

Digər xəstəliklərə keçdiyimiz zaman məsələn “tarsal tunel sindromu” dediyimiz problem olduğu zaman, sinir sıxışması zamanı, bu zaman daban bölgəsinə iritasiya edən ağrılar ola bilir. Bunu "daban tikanı" ilə qarışdırmaq mümkün ola bilir. Ona görə də differensial diaqnostikada biz EMQ müayinəsindən və xəstənin şikayətlərindən, anamnezindən ciddi məlumatlar, önəmli məlumatlar ala bilirik.

Başqa problemlər daha çox belə deyim də, daban bölgəsində olan ağrılar talokalkaneal artroz dediyimiz, yəni keçirilmiş travmadan dolayımı və yaxud da ki, ağır iş yükündən dolayımı, aşıq daban sümüyü arasında olan artrozdan dolayı yaranan ağrılar ola bilir. Bu zaman da daban nahiyəsində ağrılar hiss oluna bilir.

Həkimə nə vaxt müraciət etməli?

Daban ağrısı olan pasiyentlərimiz öncəliklə peşəkar bir həkim tərəfindən müayinə olunmalıdır.

Çünki diaqnoz qoyulmadığı zaman aparılan təsadüfi müalicələrin əksəriyyəti nəticəsiz qalır. İçdiyi dərmanlar varsa, nəticədə həm bədənini kimyəvi preparatlarla zəhərlənmiş olur, həm işin bir maliyyəti, bir müddəti olur... Amma düzgün diaqnoz qoyulduğu zaman...

Çünki bu patologiyaların hamısının müalicəsi fərqlidir. Məsələn, "talokalkaneal artrozda", tarsal tunel sindromunda əksərən cərrahi yolla biz xəstələri müalicə edə bilirik. Yəni terapevtik yolla biz xəstələrə çox kömək edə bilmirik. Yüngülləşdirici müalicə apara bilirik, amma problem tam həll olunmur. Amma daban tikanında tam tərsi... Xəstələrin əksəriyyəti, demək olar ki, 99 faizi müalicə ilə tam keçir. Yəni cərrahi üsula demək olar ki, biz əl atmırıq.

Düzgün ayaqqabı seçimi

Daban ağrılarında ayaqqabı seçimi mövzusuna gəlsək, təbii ki, hər zaman dediyimiz kimi, sərt zəmində gəzdiyimiz üçün alt hissəsi amortizasiya funksiyası daşıya bilən bir ayaqqabı olmalıdır. Yəni yumşaq olmalıdır. Ayaqqabının altında ən az 1 santimetrlik qaldıqda amortizasiya qabiliyyəti yüksək olan bir örtüklə örtülməlidir. Və bu biz gəzərkən ayaqdan aldığımız zərbəni, şok dalğası...

Çünki Nyutonun qanunu var: Təsir əks-təsirə bərabərdir. Biz yerə hansı çəki ilə, hansı təkanla ki, zərbə endiririk, yəni addım atırıq həmin qədər də biz zərbə almış oluruq. Və zərbəni ilk qəbul edən toxuma daban altında olan pulpamızdır və daban sümüyüdür və daban üstündəki olan talokalkaneal oynaqdır.

Ona görə də bu zərbələrdən mənfi nəsibimizi daha az almamız üçün zəmini, alt dabanı yumşaq olan ayaqqabılar seçimimizə üstünlük verməliyik. Daban ölçüsü nə qədər geniş olsa... Yəni bəzən görmüsünüz, məsələn, bəzi markalar var, isim vermək istəmirəm. Yana doğru hərəkət edir. Yəni yerə dəyən zəmin nə qədər geniş olsa, aldığımız zərbə o qədər paylanmış olur ayağın bütün sümüklərinə və dolayısı ilə bu cür ayaqqabıları tövsiyə edirik.

Və axıcı olmalıdır. Yəni ön tərəfi, ayaqqabının ön tərəfi və arxa tərəfi yuvarlaq şəkildə, qayıq kimi. Ayaq qoyma fazasında və ayağı yerdən götürmə fazasında biz müəyyən bir maneə ilə rastlaşmamalıyıq və bizə ayaqqabının altındakı örtük kömək etməlidir.

Dr.Əliş Təhməzli | Travmatoloq-ortoped