Hamiləlik zamanı qanazlığı
Hamiləlikdə qan azlığı bəzən erkən doğuma səbəb ola bilər. Ana bətnindəki körpənin sağlam inkişafı üçün ananın qanazlığı problemi aradan qaldırılmalıdır.
Hamiləlik dövründə qadınlar orqanizmdə meydana gələn başqa narahatlıqlarla da üzləşə bilərlər. Dəmir çatışmazlığı və ya B12 vitamininin çatışmazlığı da qanazlığı kimi hamilələrdə görülən əlamətlərdəndir.
Hamilələrdə qanazlığı niyə olur?
Aşağıda qeyd olunan səbəblər qanazlığı yarada bilər:
- dəmirlə zəngin qidalardan istifadə etməmək,
- menstruasiya qanamalarına bənzər axıntılar,
- sağlamlığa diqqət etməmək,
- bədəni vitamindən məhrum etmək və s.
Qan azlığının əlamətləri:
- nəfəs darlığı,
- nizamsız ürək döyüntüləri,
- halsızlıq,
- soyuq əl və ayaqlar,
- diqqət dağınıqlığı və s. əlamətlər
Hamiləlik müddətində xanımlara məsləhətimiz odur ki, dəmir və C vitamini ilə zəngin qidalara üstünlük versinlər.