Pasiyentlər katarakta və yaxud mirvari suyu diaqnozu eşidəndə və biləndə ki, əməliyyat olunmalıdırlar, ən çox verdikləri və onları maraqlandıran suallardan biri olur: Gözümə linza qoyulacaq və hansı linza, nə növ linza qoyulacaq?
Mən demək istərdim ki, linza seçimi çox individualdır və tam müayinədən sonra həkim qərar verə bilər ki, hansı linza sırf bu xəstənin gözünə uyğundur və daha yaxşı nəticə gələcəkdə verə biləcək. Hal-hazırda bir neçə növ linza seçimi ola bilər ki, olsun və ən çox istifadə olunan uzaq məsafəyə görmə verəcək linzalar.
Var, həm uzağa, həm yaxına və həm orta məsafəyə linzalar. Bunlara el arasında ağıllı linza deyilir, həkimlər arasında trifokal linza deyilir. Və uzaq və orta məsafəyə görmə verəcək linzalar.
Linza seçimi çox individualdır.
Çox vaxt pasiyentdə hansısa bir yanaşı xəstəlikləri olanda, məsələn şəkərli diabet olanda və gözündə yüksək astiqmatizm olanda, gəlir, eşidib ki, haradansa ağıllı linza deyilən bir linzalar var. O linzadan gözünə implantasiya olmağını xahiş edir. Mən demək istərdim ki, hansı növ linza gözə implantasiya olduğunu yalnız həkim qərar verə bilər.
Bu linzaların fərqi nədədir?
Yalnız uzaq məsafəyə görmə verən linzalarla pasiyent əməliyyatdan sonra yaxını görmək üçün eynək istifadə etməlidir.
Bunlardan fərqli olaraq, ağıllı linzalar" həm uzağa, həm yaxına, həm orta məsafəyə pasiyentə eynəksiz keyfiyyətli görmək imkanı verir. Amma yenə təkrarlamaq istəyərdim ki, ağıllı linzalar hər gözə uyğun ola bilməz və yalnız müayinədən sonra həkim tərəfindən qərar verilə bilər ki, bu gözə ağıllı linza uyğundur və yaxud uyğun deyil.
Tez-tez verilən suallardan biri də əməliyyatdan sonra pasiyent deyir ki, "Mən linza qoymaq istəmirəm". El arasında linzaya "süni büllur" deyilir və deyir ki, "Mən süni büllur istəmirəm gözümə qoyulsun".
Mən birmənalı demək istərdim ki, linzanın növündən asılı olmayaraq mirvari suyu əməliyyatından sonra linza göz içinə implantasiya olunmalıdır. Bəli, elə hallar olur ki, birinci etapda linza implantasiya olunmur, amma ki, əməliyyatdan sonra ikinci əməliyyatda linza mütləq implantasiya olunmalıdır.
Linza implantasiya olunmasa, bəlkə yadınızdadır... Əvvəllər nənələrimiz, ulu nənələrimiz əməliyyatdan sonra çox qalın bir eynəklə gəzirdi. Müsbət 10, müsbət 12... Linza implantasiya gözünün içinə olunmasa, onda pasiyent ömür boyu həm uzağa, həm yaxına bax bu qalın eynəklə gəzməli olacaq.
Dr.Nərgiz Kəlbiyeva | Oftalmoloq