Awesome Image
21 May 2025

Miomu olan qadınlar hamilə qala bilərmi?

Mioma hər üç qadından birində rast gəlinən bir patologiyadır və mioma uşaqlığın əzələsinin xoşxassəli şişidir.

Miomu olan qadınlar adətən hamilə qalırlar. Lakin bəzi hallarda bu, hamilə qalmağa problem yarada bilir.

Bu hallardan birisi: əgər miomunuz endometrumun içərisində yerləşirsə, bu zaman sizdə spiral funksiyasını görəcək və embrionun endometriuma yapışmasının qarşısını alacaq.

Əgər sizin qanamalarınızın miqdarını artırırsa, bu zaman da embrion implantasiya oluna bilmir endometrium qatına.

Və sizə bu miomlar ağrı verirsə, hamiləlik müddətində miom daha da böyüyəcək və daha çox şiddətli ağrılara səbəb ola bilər.

Ağrılar nə zaman arta bilir?

Nə zaman ki, mioma gedən qan miqdarı azalır və burada degenerasiyaya uğrayır miom... Bu da daha çox qanın plasenta vasitəsilə dölə getdiyi vaxt miomun qidalanması pozulur və ağrılara səbəb olur.

Dr.Günay Xəlilova | Mama-ginekoloq