Exokardioqrafiya müayinə üsulu haqqında, yəni hamının tanıdığı Exo müayinə üsulu haqqında məlumat vermək istəyirəm.
Exo, EKQ müayinə üsulundan sonra ikinci ən geniş yayılmış ürək müayinə üsulu sayılır.
Exokardioqrafiyanı hamının tanıdığı ultrasəs cihazı vasitəsilə aparırlar. Ultrasəs cihazın üstündə sadəcə olaraq müxtəlif probalar, yəni qəbuledicilər olur. Bu qəbuledicilərdən biri də ürək üçün nəzərdə tutulmuşdur və bu qəbuledici ilə olunmuş ultrasəs müayinəsi exokardioqrafiya sayılır.
Ultrasəs cihazının probasının, yəni qəbuledicisini xəstənin sinəsinə qoyduğumuz zaman xəstənin ürəyinin 2D və 3D ölçüləri monitorda əks olunur. Bunun nəticəsində də biz ürəyin müxtəlif, həm funksional, həm struktur dəyişikliklərini görə bilirik.
Funksional dəyişikliklərdə biz burada nə görə bilərik?
Ürəyin yığılma qabiliyyəti, onun müxtəlif sahələrin hərəkətliliyi və ürəyin ətrafında olan mayenin olub-olmamasını bu üsulla müayine edə bilərik.
Struktur dəyişikliyindən savayı biz hemodinamik dəyişiklikləri də exokardioqrafik müayinə vasitəsilə təyin edə bilərik.
Bunlar hansıdır?
Məsələn, ürəyin qapaqlarında olan qüsurlar, çatışmazlıq və yaxud daralmalar və yaxud da ürəyə daxil olan və ürəkdən çıxan damarların və ürəkdən çıxan damarların hemodinamik pozğunluqları, onlarda olan çatışmazlıqlar və yaxud da daralmalar.
Bundan başqa ürək daxilində olan tromb və törəmənin, yəni ürək şişi adlandırılan miksomaların təyin olunmasında çox köməklik edir. çox köməklik edir.
Exokardioqrafik müayinə zamanı Exokardioqrafik müayinə zamanı ultrasəs dalğalarından istifadə olunduğuna görə, insan orqanizminə heç bir zərərli təsiri olmur. Bu səbəbdən bu müayinəni istədiyimiz qədər, istədiyimiz sayda apara bilərik.
Bəs bu müayinə kimin üçün aparılmalıdır?
Müayinə sağlam insanlarda, hamilə qadınlarda, uşaqlarda informativ əhəmiyyətli olduğu kimi, bəzi xəstəliklərin vaxtında aşkar olunmasına bizə çox köməkçi olur.
Onu nəzərinizə çatdırmaq lazımdır ki, exokardioqrafik müayinə rutin müayinə metodlarından hesab olunur və bu müayinə sağlam insanlara da rahatlıqla aparılır.
Bundan başqa, hər hansı bir şübhəli məqam olduğu zaman bu müayinə olunması çox vacib sayılır.
Bunlara hansılar aiddir?
Məsələn, elektrokoqrafiya zamanı təyin olunmuş hər hansı bir şübhəli dəyişiklik və yaxud da xəstənin təngnəfəsliyi, boğulması və yaxud da ayaqlarında olan şişkinlik bizə exokardioqrafik müayinə aparmağı vacib hesab edir.
Bu səbəbdən cərrahi əməliyyata gedən xəstələr cərrahi əməliyyata gedən xəstələr hər hansı bir şübhəli məqam olduğu təqdirdə mütləq exokardioqrafik müayinə olunaraq gələcəkdə onu gözləyə biləcək bütün risklərdən öncədən xəbərdar olmuş olur.
Son olaraq onu bildirmək istəyirəm ki, hər bir sağlam insanın ömründə bir dəfə də olsun exokardioqrafik müayinə olunmağı məsləhət görülür.
Bundan başqa, hər hansı bir ürək xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabeti olan şəxslər isə, ildə bir dəfə və yaxud göstəriş olduğu zaman bir neçə dəfə exokardioqrafik müayinə olunmağı vacib sayılır. Belə ki, bu müayinə nəticəsində gələcək seçilmiş müalicə taktikası təyin olunur.