Ümumiyyətlə günəş eynəklərini taxmaq mütləqdirmi?
Biz günəş eynəyini adətən iki səbəbdən taxırıq.
Birincisi, gözümüzdəki qamaşmanı azaltsın deyə.
İkincisi, əslində biz eynəyi bu səbəbdən taxmağı tövsiyə edirik. Bu, günəşin zərərli şüalarının qarşısını aldığı üçün.
Eynəklərin ultrabənövşəyi qoruyuculuğu olur və bunun sayəsində bizim gözümüzə göstərdiyi zərərli təsirlərin qarşısını alırıq.
Bu nə kimi zərərli təsirlərdir?
Bir çox elmi araşdırma göstərib ki, uzun müddət günəş məziyyətinə qalan gözlərdə mirvari suyu, sarı nöqtə xəstəliyi daha tez yaranır.
Və ümumiyyətlə günəş göz ətrafı və gözdaxili bədxassəli törəmələri artıra bilir.
Bu səbəbdən də bizim kimi günəşli ölkələrdə əslində ultrabənövşəyi indeks yüksək olduğu aylarda günəş eynəyini taxmaq bütün oftalmoloqlar tərəfindən tövsiyə olunur.
Eynək alarkən bəs nəyə fikir verməliyik?
Burada ən önəmli bu eynəyin Avropa standartlarına uyğun hazırlandığına aid sertifikatının olmasıdır.
İkinci önəmli kriteri, burada eynəklərin fərqli kateqoriyaları vardır: 0-dan 4-də qədər. Və bu kateqoriyalara görə ultrabənövşəyi qoruyuculuğu dəyişir.
Bizim ölkəmizdə yay aylarında daha çox tövsiyə olunan 3-cü kateqoriya eynəklərdir. Buludlu havalarda da 2-ci kateqoriyanı istifadə edə bilərlər.
Amma məsələn sıfır kateqoriya eynəkləri ki, bunları bəzən marketlərdən ala bilirlər... Bu eynəklərin ultrabənövşəyi qoruyucu təsiri yoxdur və belə eynəkləri əslində açıq havada istifadə etmək təhlükəlidir. Çünki bu zaman göz bəbəyimiz qaranlıqda genişləyəcək və zərərli şüalar daha çox gözümüzə zərər verə bilər. Buna görə də mütləq istifadə etdikləri eynəyin düzgün kateqoriyaya aid olduğuna əmin olsunlar.
Hansı rəng eynək daha yaxşıdır?
Digər bir xüsusiyyət eynəklərin rəngidir. Bəs bunun bir önəmi varmı?
Eynəklərin eyni kateqoriya daxilində çox rəng fərqinin qoruyuculuq baxımından fərqi yoxdur. Amma bəzi rənglər ətraf mühitdə rənglərin dəyişməyinə səbəb ola bilir. Ona görə də, məsələn boz rəng eynəklər avtomobil sürücüləri üçün ən uyğun rəngdir. Çünki ətrafdakı rənglərin daha az dəyişməyinə səbəb ola bilirlər.
Polaroid eynəklər
Digər eynəklərdəki olan bir xüsusiyyət polarizasiyadır. Polaroid olmağı bəs önəmlidirmi?
Bu önəmli bir xüsusiyyət deyil. Amma polaroid eynəklər daha dəqiq görüntünü bizə göstərir.
Ətrafınızda əgər parlaq bir səth varsa, məsələn dəniz olsun, su hövzəsi olsun, bu, yaş asfalt və ya önümüzdəki gedən avtomobilin şüşələri ola bilər. Bu parlaqlıq bizi çox narahat edir və bunu azaltmaq üçün polaroid eynəklər əslində mükəmməldir.
Yəni məsələn balıqçılar üçün polaroid eynək mükəmməl bir seçim olacaq. Amma pilotlara məsələn bu eynəklərin istifadəsi qadağandır. Çünki biz monitorlara baxdıqda polaroid eynəklər görüntünü korlayacaq və bu səbəbdən də polaroid olmağını onlara tövsiyə etmirik.
Optik eynək taxanlar üçün günəş eynəyi
Bəs göz nömrəsi olan xəstələr nə edə bilərlər?
Göz nömrəsi olan xəstələrimiz günəş eynəyinin yerinə öz eynəklərini fotoxrom, kolormatik, xamilyon olaraq bilinən eynək şəklində istifadə edə bilərlər. Və ya əgər fərqli rəngli olmaqlarını istəyirlərsə xüsusi boyama üsulları var ki, amma burada mütləq ultrabənövşəyi qoruyuculuğa sahib şüşələrin xüsusi boyama ilə bu eynəkləri xüsusi sifarişlə ala bilərlər.
Günəşə baxmaq olmaz
Bəzən xəstələrimiz bizə deyir ki, "Doktor, mən günəşə baxa bilmirəm".
Əslində günəşə baxmaq zərərlidir. Özəlliklə eynəksiz baxmaq. Yəni baxmaqlarını tövsiyə etmirik.
Uzun müddət baxdıqda torlu qişada zədələnmə ola bilər və günəş tutulmalarında da bizə çox xəstə müraciət edir. Burada mütləq fikir versinlər.
Qoruyucu olmadan günəş tutulmasına qəti baxmaq olmaz. Həyatları boyunca geriyə dönməyəcək dəyişikliklərə səbəb ola bilir.
Yəni nəticə olaraq mütləq indi bizim ölkəmizdə bu isti havalarda əslində eynəkdən istifadə etsinlər, amma ən önəmlisi doğru eynəkdən istifadə etdiklərinə də əmin olsunlar.
Dr.Ülkər Feyzullayeva | Oftalmoloq