Awesome Image
21 May 2025

Şəkərli diabetin gözə təsiri

Şəkərli diabetin gözə təsiri çox aktual bir mövzudur. Çünki həm şəkərli diabet xəstələrinin sayısı çoxdur, həm də şəkərə bağlı korluq sayısı çoxdur.

Burada xəstələrin həkimə vaxtında müraciət etməsi çox önəmlidir. Yəni xəstəyə şəkərli diabet diaqnozu qoyulduğu zaman xəstə göz həkiminə müraciət etməlidir.

Endokrinoloqlar da bu xəstələri göz həkiminə yönləndirməlidir.

Şəkərli diabet orqanizmin bütün damarlarını zədələdiyi kimi gözün də damarlarını zədələyir və bunun nəticəsində gözdə müxtəlif problemlər yaranır.

Öndən arxaya doğru sayacaq olarsaq, gözdə quruluğun, kataraktanın, qlaukomanın, diabetik retinopatiyanın yaranmasına səbəb olur.

Gözdə quruluq

Quruluq - xəstələr gözdə yanma, batma, gözdə qum hissi şikayətləri olur. Bu xəstələrə süni göz yaşı damcıları təyin olunur.

Katarakta

Katarakta el arasında “mirvari suyu” olaraq da bilinir. Tək müalicəsi kataraktanın əməliyyatdır. Görmənin zəifləməsinə səbəb olur katarakta. Hətta diabetik xəstələrdə kataraktanın daha erkən mərhələlərdə əməliyyat olunmağı məsləhətdir.

Diabetik retinopatiya

Diabetik retinopatiya isə gözün sinir təbəqəsinin, yəni retinanın damarlarının zədələnməsi deməkdir. Erkən mərhələlərdə xəstədə bir əlamət gözlərində hiss etməyə bilər. İrəliləmiş mərhələlərdə isə görmənin zəifləməsi, gözdə uçan cisimlər, anidən görmənin itirilməsi yarana bilər.

Bu gün üçün diabetik retinopatiyanın müalicəsi lazer və müxtəlif növ iynələrdir. Adətən bir dəfə lazer etmək və ya bir dəfə iynə vurmaq kifayət etmir. Yəni xəstələr uzun müddətli bir müalicə kursuna başlamış olur.

Xəstəliyin irəliləmiş mərhələlərində isə, son çarə olaraq vitrektomiya dediyimiz göz dibi cərrahiyyəsi icra olunur.

Şəkərli diabet korluğun ən öndə gələn səbəbidir. Ona görə də şəkərli diabet xəstələri mütəmadi göz həkimin nəzarətində olmalıdır.

Əgər xəstələrdə göz dibində heç bir patologiya yoxdursa, heç bir qansızması olmasa belə, xəstələr ildə bir dəfə göz həkiminin nəzarətində olmalıdır.

Uzm.Dr.Vüsalə Əsədova | Oftalmoloq