Çiyində ağrıya səbəb olan patologiyalar hansılardır?
İmpingement sindromu
Ən çox rastlaşdığımız patologiya “impingement” sindromudur. Hər yaşda rast gəlirik. Xüsusən idmançılarda və irəli yaş pasientlərimizdə daha çox rast gəlirik ki, bu da "supraspinatus" əzələsinin daha çox akromion dediyimiz dimdəyə bənzər çıxıntı ilə tuberkulum mayus dediyimiz bazu sümüyünün böyük qabarı arasında sıxışmasından söhbət gedir. Yəni "impingement"dən söhbət gedir.
Xüsusən ağrının yayıldığı bölgə çiynin, bazunun "anterolateral" hissəsidir. Qol hərəkəti ciddi ağrılı olur. Ağrı kəsici içməsinə rəğmən həyat komfortu ciddi şəkildə pozulmuş olur. Yəni ağrıları tam keçmir.
Hərəkətlər ağrıdan dolayı ciddi məhdud olur. Az bir hərəkət ciddi bir ağrıya səbəb ola bilir.
Təbii ki, müalicəsi ilk dönəmlərdə bəsitdir. Müəyyən prosedurlərdən sonra biz bu xəstələrə terapevtik yolla, müalicəvi yolla yollan ağrılarını aradan qaldıra bilirik.
Çiyin oynağının artrozu
Amma işin arxasında bəzi ciddi problemlər ola bilər. Məsələn irəli yaşlı xəstələrdə biz bərabərində bazu çiyin oynağının artroz”una rast gəlirik. Çiyin “artroz”unda da qığırdaq oynağından tut bütün qığırdaq çevrəsində olan labrum", oynaq kapsulası və digər toxumaların hamısı zədələnmiş olur. Və bu dönəmdə sadəcə yəni "inpingement"lə bərabər "artroz" olduğu zaman xəstənin müalicəsi bəzən çətin ola bilir.
Hətta irəli mərhələdə cərrahi müdaxilə gələ bilir ki bərabərində biz akromioklavikular oynaqda da baş verən "artroz”u görə bilirik. Bu daha çox çiyin üzərindən atma və güləş, cüdo kimi idmanlarla məşğul olan insanlarda daha çox rastlayırıq.
Impingement sindromunun irəli mərhələsində artıq supraspinatus vətərində qopuqlar əmələ gələ bilir ki, xəstəmiz "drop arm" testi dediyimiz, yəni "düşən qol" testində xəstənin öz əlini saxlaya bilməməsi, əzələ gücünün tama yaxın olmaması, bunlar da artıq təəssüflər olsun ki, cərrahi müalicə gərəkdirir.
Çiyin oynağında olan əsas rastladığımız problemlər budur.
Vərdişli çiyin çıxıqları
Gənc insanlarda ən çox rastladığımız problemlərdən biri də “vərdişli çiyin çıxıqları”dır.
Vərdişli çiyin çıxıqları ya anatomik strukturda olan müəyyən dəyişikliklərdən dolayı və yaxud malformasiyadan dolayı ola bilir və yaxud da ki, hər hansı bir keçirdiyi travmadan sonra “Bankart” dediyimiz və "Hill sachs" dediyimiz lesionların, özəlliklə də “anterior renal labrum”un yığırtılması, yəni "bankart" lesionun sonrası oynağın və ön bölgədə olan kapsulanın və bağın instabilliyi nəticəsində kiçik bir hərəkətlərdə, xüsusən də "əndişə testi" dediyimiz testdə çiyinin çıxmasıdır. Qolunu arxaya apararkən əlinin bir yüklə qolunun çıxmasıdır və ya idman zamanı yumruq atarkən və ya əl atarkən qolunun çıxıb yanına düşməsidir ki, bu xəstələr bəzən özləri belə artıq peşəkarlaşırlar bu sahədə, çiyinlərini özləri yerinə sala bilirlər.
Təbii ki hər çiyin çıxanda, hər dəfə də çiyin qeyri-peşəkar şəkildə, belə deyim də, yerinə salındığında oynağın içində olan qığırdaqlar, labrum, kapsula, bağlar - hamısı zədələnir və bu zədələnmələr ilkin mərhələlərdə ciddi problem yaratmasa da, yəni ilkin mərhələlərdə xəstə sadəcə çiyinin çıxdığını deyir. Amma irəli mərhələlərdə həm də ağrı ilə müşahidə olunur bu. Çünki, məsələnin içinə artıq oynağın qığırdağının yeyilməyi, zədələnməyi və "artroz" başlamağı səbəb ola bilir. Yəni oynaqda dediyimiz kimi bir "osteoartit" yaranır.
Geniş bir proses başlayır və bu proses əsasında da xəstələrdə olan ağrı, xəstələrdə olan hərəkət məhdudluğu və diskomfort məcbur eləyir ki, biz bu xəstələrdə əməliyyat icra eləyib, oynağın çıxmağını əngəlləmək üçün xüsusi əməliyyatlar icra eləyirik.
Hansı çiyin ağrılarında həkimə gedilməlidir və ya hansı ağrılarda öz-özünə keçəcəyini gözləməliyik?
Əslində, öz-özünə keçəcəyini gözləmək hər zaman olmasa da əksər zamanlarda prosesin daha irəliləməsinə səbəb ola bilər. Amma əgər problem oynaqda deyilsə, tutaq ki, əzələlərdədirsə, ki, bildiyimiz kimi, çiyin oynağı bədənimizdə ən çox hərəkət eləyən oynaqdır, bütün istiqamətlərdə hərəkəti olan bir oynaqdır və bu belə olduğu zaman oynağın zədələnmə riski digərlərindən qat-qat çoxdur.
Baxmayaraq ki, yük daşıyan bir oynaq deyil, yəni bədən ağırlığını daşıyan bir oynaq deyil, amma bildiyimiz kimi, turnik, paralel qollar, kanat və yaxud "atıcılıq" idmanları olsun, bu cür bir çox patologiyalarda məsələn, atıcılarda biz ən çox rastladığımız problem slap lesionu dediyimiz, oynaqda olan o "qlenoid"in üst hissəsinin yırtılmasıdır ki, xəstində normal vaxtlarda heç ağrı hiss etməz, amma əlinə bir şey atarkən qolunda ciddi bir ağrı hiss edər.
Bu problemlərin hamısında pasientin müraciət etməsində fayda var. Çünki işin erkən mərhələdə çözümü daha asanda olur.
Amma nə zaman müraciət etməyə bilər?
Ağır bir idman rejimi keçiribdir. Əzələlələri ağrıyır. Çiyin ətrafındakı əzələlər ağrıyır. Bu bir müddət sonra, əzələni istirahətə verdikdən sonra keçə bilər. Əgər 2-3 gün ərzində, istirahət ərzində ağrı keçmirsə, demək ki, altında yatan bir ciddi səbəb var. Həkimə müraciət etmələrini tövsiyə edirəm.