Qlaukoma nədir? El arasında “qara su” adlanan bir xəstəlikdir və onun əsas simptomundan biri gözdaxili təzyiqin qalxmasıdır.
Qlaukomanın əlamətləri
Gözdaxili təzyiqi özünü necə büruzə verir?
Gözdə ağrı, qızartı, qamaşma ola bilər və onunla da yanaşı heç bir əlaməti olmaya da bilər.
Qlaukoma müalicə olunmayan zaman korluğa gətirir. Ona görə bütün pasientlər 40 yaşdan yuxarı, ildə bir dəfə göz həkimin konsultasiyadan keçməlidirlər. Nəsildə olan göz xəstəlikləri, əsasən də qlaukoma olan xəstələrdə ildə 2 dəfə müayinədən keçməlidirlər.
Qlaukomanın diaqnostikası
Ümumiyyətlə, qlaukoma diaqnozunun təsdiqlənməsi üçün təkcə göz təzyiqini ölçmək kifayət deyil. Elə qlaukoma növləri var ki, pasientdə qlaukomadır, yalnız göz təzyiqi normaldır. Biz ona “normatenziv qlaukoma” deyirik. Bu halda təsdiqləmək üçün əlavə bir müayinələr keçirilməlidir. Məsələn, görmə sahəsinin ölçülməsi.
Qlaukoma gizli inkişaf edir
Qlaukoma diaqnozu niyə görə belə təhlükəlidir?
Yüksək təzyiq gözdə olanda görmə sinirini zədələyir və bu zədələnmə heç bir simptomla büruzə vermir özünü. Xəstə nə ağrı hiss eləyir, nə gözdə nəsə bir narahatçılıq hiss eləyir. Amma bu zədələnmə prosesi inkişaf edir və müayinə zamanı biz bu sinirin funksiyalarını ölçə bilirik. Zədələnib və yaxud zədələnməyib... Zədələnibsə, neçə faiz zədələnib və nəticədə qlaukoma diaqnozunu təsdiqləyə bilərik və yaxud da inkar edə bilərik.
Qlaukomanın müalicəsi
Qlaukoma diaqnozu təsdiqlənən pasientə bir neçə növ müalicə ola bilər.
İlk növbədə damcı müalicəsi. Damcı biz pasientə təyin edəndə bir neçə dəfə təkrar müayinəyə çağırırıq və mütləq göz təzyiqi ölçülür.
Bu, nəyə görə olunur?
Ona görə ki, hər pasientdə hər damcıya qarşı individual reaksiya ola bilər. Və elə pasient var ki, hansısa bir növ damcıya çox yaxşı reaksiya verir təzyiq çox yaxşı düşür. Elə pasientlər var ki, bir damcı kifayət etmir və ona əlavə bir damcı təyin olunur.
Qlaukoma əməliyyatı
Damcı kömək etməyəndə və yaxud bir neçə illər boyu damcı altında olan pasientlər damcılara ola bilsin ki, artıq reaksiya verməsin. Onda bu pasientlərə biz əməliyyat təklif edirik.
Əməliyyat zamanı çox pasientlər məndən soruşur ki, “Əməliyyatdan sonra artıq qlaukomam olmayacaq, təzyiqim olmayacaq?” Xeyr! Təəssüflər olsun, qlaukoma diaqnozu - bu xroniki bir xəstəlikdir və dünyanın heç bir yerində çox təəssüflər olsun, amma bu diaqnozu tam aradan götürmək mümkün deyil. Elə pasientlər var ki, əməliyyatdan sonra damcıya ehtiyac olmur və təzyiq norma altında olur. Elə pasientlər var ki, əməliyyatdan sonra 2-3 damıcıdan 1 damcısı qalır və bu damcını ömrün axırına qədər damızdırır.
Qlaukoma xəstələri daim həkim nəzarəti altında olmalıdırlar
Çox pasientlər səhv salır qlaukoma ilə, “qara su” ilə “mirvari suyunu.” “Mirvari suyu” - bəli, əməliyyat olunur və pasient sağalır və gedir evə.
Qlaukoma diaqnozu, “qara su” diaqnozu, gözdaxili təzyiq diaqnozu ilə olan pasientlər ömür boyu, daim göz həkiminin müayinəsinə gedib-gəlməlidir.
Daim gözdaxili təzyiq ölçülməlidir və daim nəzarət altında qalmalıdırlar və heç zaman unutmamalıdırlar ki, qlaukoma diaqnozu çox ciddi bir diaqnozdur, müayinə olunmasalar, göz həkimin konsultasiyasına getməsələr, bu korluğa gətirən bir diaqnozdur.