Awesome Image
11 Jul 2025

Ürək xəstəliklərinin profilaktikası üçün nə etməliyik?

Ürək xəstəliklərinin profilaktikası üçün birinci kimin hansı risk qrupunda olmağını başa düşmək lazımdır. 

Müxtəlif risk qrupları var. 

Bunlardan ən böyük risk qrupu irsiyyətdir. Bu risk qrupunu heç cür dəyişmək mümkün deyil. Bu bizim atamızdan-anamızdan gələn risk qrupudur. 

Əgər irsiyyətimizdə, yəni əmilərimizdə, dayılarımızda, yəni əmilərimizdə, dayılarımızda, bibilərinizdə, xalalarımızda bibilərinizdə, xalalarımızda hər hansı ürək xəstəliyi: miokard infarktı, yüksək qan təzyiqi və bəzən şəkərli diabet olduğu zaman onların bizə irsi olaraq keçmə ehtimalı böyükdür. 

Bu risk qrupundan heç cür biz qaça bilmərik. Amma bəzi risk qrupları var ki, onlardan biz hər zaman qaça bilərik. Bu risk qrupuna: hərəkətsizlik, bu risk qrupuna qida fakoru, bu risk qrupuna siqaret, bu risk qrupuna alkoqol aid edilir. 

İdman və ürək sağlamlığı

Hərəkətsizlik - hipodinamiya ən böyük risk qrupu sayılır. Müasir zamanəmizdə bütün işlərin bir ofis daxilindən idarə olunması, robotlaşdırılması hər birimizi hərəkətsizləşdirir. Amma nəzərə almaq lazımdır ki, bu hərəkətsizlik olduğu zaman ürəyə düşən yükün miqdarı da artır. 

Yüngül idman növləri ilə məşğul olduğumuz zaman, yüngül idman hərəkətləri etdiyimiz zaman ürəyə düşən ağırlığın qarşısını az da olsa almış oluruq. 

Nə qədər hərəkət edib etməməyimiz haqqında müxtəlif mənbələrdə müxtəlif normativlər qeyd olunub. Sadəcə olaraq bilmək lazımdır ki, hər bir adam gün ərzində ən azından yarım saat, 40 dəqiqə yüngül idman hərəkətləri etsə və yaxud da yüngül yürüş etdiyi zaman bu riskləri həddən artıq azaltmış olur. 

Fiziki hərəkət zamanı ziddiyyətli görsənə bilər ki, ürək döyünmə artır, yüksək qan təzyiqi yaranır... Bəs bu zaman ürəyə düşən yükün miqdarı necə tənzimlənir? 

İnsan fiziki hərəkət elədiyi zaman müxtəlif qrup əzələlər çalışır. Müxtəlif qrup əzələlər çalışdığı zaman onlar da qanı ürəyə və ürəkdən arxaya qovmağa kömək edir. 

Ürək əzələli orqan olduğundan onu da məşq elətdirmək lazımdır. Onu məşq elətdirmək üçün də bu dediyim idman hərəkətləri və fiziki aktivlik eləmək lazımdır. Ürəyi nə qəyər çox məşq elədirsək, o qədər yüksək qan təzyiqinə və yüksək ürək döyünməyə daha davamlı olur və daha düzgün çalışmağa meyilli olur. 

Ürək üçün faydalı qidalar

Ən böyük risk faktorlarından biri də qidalanmadır. 

Aydın məsələdir... Qəbul etdiyimiz qidaların tərkibinə hər birimiz fikir verməliyik. Bunların içində daha az yağlı, daha az karbohidratlı qəbul etdiyimiz qidalar bizim üçün daha xeyirli ola bilər. 

Qəbul etdiyimiz yağların tərkibində olan doymamış yağ turşuları, sonradan triqliseridlərə və xolesterinə çevrilir ki, bu da gələcəkdə bizim damarlarımıza və ürəyimizə çox ziyanlı təsir edə bilir. Bu təsirlərin də qarşısını almaq üçün həm dərmanla müalicə, həm pəhriz çox önəmli sayılır. 

Siqaret və alkoqolun ürəyə təsiri

Dəyişilə bilən risk faktorlarından da ən böyüyü siqaret və alkoqol sayılır. 

100 minlərlə insanların üzərində aparılmış və çoxsaylı araşdırmalar siqaretin nə dərəcədə ürək damarlarına və ürəyə ziyanlı olduğunu hər il təsdiqləyir. Lakin buna baxmayaraq hər il siqaret istehlakı artmaqdadır. Bunun da nəticəsi göz qabağında olur. Yaranmış yeni ürək xəstəlikləri, infarktlar, stenokardiyalar və digər problemlər. və digər problemlər. 

Siqaretin tərkibində olan zərərli maddələr damar divarının zədələnməsinə səbəb olur və gələcəkdə damar divarının zədələnməsi nəticəsində də tromb əmələ gəlmə və onun daralmasına səbəb olur. Daralma nəticəsində müxtəlif ürək xəstəlikləri: stenokardiya, miokard infarktı yaranır və bu da gələcəkdə insanın həyat keyfiyyətinə ciddi təsir edir.

Dr.Kənan Əhmədov | Kardioloq