Awesome Image
15 Jul 2025

Şəkər xəstəliyinin göz fəsadlarının lazer müalicəsi

Şəkər xəstəliyinin lazer müalicəsinə gəldikdə, bəzən xəstələr ətrafdan lazer müalicəsini bir az ağrılı olduğunu eşitdilər və lazer müalicəsindən bir az qaçınmağa çalışırlar. 

Göz dibi problemi olan şəkər xəstələrin bilməsi gərəkən odur ki, iynələrdə bildiyimiz kimi, iynənin bir təsir müddəti var: aylıq olur, bəzən uzunmüddətli iynələr var, amma lazer elədiyimiz xəstələrdə olunan lazerin effekti daimidir. 

Bu nə deməkdir? 

Yəni qidalanması pozulmuş torlu qişada işemiyanın qarşısını almaq, o lazer olunmuş gözlərdə torlu qişanın qopmasının - korluğun qarşısını almaq deməkdir. 

Lazer müalicəsi seanslarla icra etdiyimiz bir müalicə metodudur, hansı ki, ortalama 3 seansa gözün lazerini yekunlaşdıra bilirik. Amma bu fərqli gözlərdə, fərqli xəstələrdə dəyişə bilir. 

Lazer seansları 1 ay aralıqlarla icra olunub, iynədə olduğu kimi, amma 3 seansa, 4 seansa yekunlaşdığımız bir müalicə metodudur və lazer olunmuş xəstələr, şəkər kontrollarını düzgün apararlarsa, yəni göz müayinələrini vaxtlı-vaxtında elətdirərlərsə onlarda ciddi bir ağırlaşma, əməliyyat ehtiyacı yaranmır. 

Amma lazer olunmuş xəstələrdə də bir rahatlıq yaranmasını da istəmirəm. Çünki lazer olmuş xəstələrdə belə şəkər kontrolu düzgün getmədiyi zaman göz daxilinə qansızma olan hallarla da rastlaşırıq. Ona görə, bütün hallarda, ümumiyyətlə, şəkər xəstəliyinin həm əməliyyat ehtiyacı olan, həm iynə ehtiyacı olan, həm lazer ehtiyacı olan bütün qruplarında şəkər kontrolunun vacibliyini vurğulamaq istəyirəm ki, bu, müalicənin birbaşa nəticəsinə təsir edən bir faktordur.

Dr. Şahin Novruzlu | Oftalmoloq